
Unudulmaz Tədbirlər üçün Premium Setlər
Xüsusiyyətlər
5 parametrTəsvir
№ 525Premium Tədbir Süfrə Setləri Tədbiriniz üçün zövqünüzə və konseptinizə uyğun, həm estetik, həm də tam təchizatlı süfrə setləri təqdim edirik. Setlər həm dairəvi, həm də kvadrat masalarla tərtib oluna bilər. 🤍 Sadə və Zərif Set Ağ qablar və ağ oturacaqların zərif harmoniyası ilə hazırlanmış bu konsept sadə və eleqant görünüş axtaranlar üçün ideal seçimdir. Setə masaüstü dekorlar, şıq ortalıq və servis qabları, çay dəstləri və tədbir üçün lazım olan digər inventarlar daxildir. 👑 Premium Gold Set Daha dəbdəbəli və gözoxşayan görünüş üçün şəffaf oturacaqlar və qızılı detallarla hazırlanmış Premium Gold Set. Setə eksklüziv gold masaüstü dekorlar, ortalıq və servis qabları, premium çay dəstləri və digər zəruri avadanlıqlar daxildir. Tədbirinizə xüsusi və dəbdəbəli atmosfer qazandırır. 💎 Eksklüziv Premium Set Ən yüksək səviyyəli konsept axtaranlar üçün hazırlanmış bu set ağ və şəffaf oturacaqların harmoniyasını bir araya gətirir. Süfrə rəngini öz zövqünüzə uyğun seçə, masaüstü dekorları isə tədbirinizin konseptinə uyğun müəyyən edə bilərsiniz. Tam setə masaüstü dekorlar, ortalıq və servis qabları, premium çay dəstləri və tədbir üçün lazım olan bütün əsas inventar və avadanlıqlar daxildir. 🎨 Sərbəst Seçim İmkanı Süfrə rəngi və masaüstü dekor seçimlərinizi tamamilə öz zövqünüzə uyğun edə bilərsiniz. Seçdiyiniz dekorasiya və süfrə variantları ümumi qiymətə daxildir və əlavə ödəniş tələb etmir. ✨ İstər sadə və zərif, istər gold, istərsə də eksklüziv premium konsept seçin — məqsədimiz tədbiriniz üçün həm gözəl görünüş, həm də tam rahatlıq təmin etməkdir. 🏮 DİQQƏT: Göstərilən məbləğ 1 nəfər üçün nəzərdə tutulmuş xidmət haqqıdır.












