“Daşınmaz Əmlak Analitik İnformasiya Bülleteni” 2009-cu ildən dərc olunur. “Bülleten”in təsisçısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir.

“Daşınmaz Əmlak Analitik İnformasiya Bülleteni” daşınmaz əmlak sahəsində ölkədə aparılan islahatlar, müvafiq qanunvericilikdə baş verən dəyişikliklər, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, kadastr uçotunun aparılması, daşınmaz əmlak bazarında nəzərə çarpan dinamika, bu sektora yönəldilən sərmayələr, texnologiyalar və s haqqında yenilikləri və analitik təhlilləri oxucularına təqdim edir.

Ölkəmizin Daşınmaz Əmlak sektorunda baş verən mütərəqqi yenilikləri daha geniş auditoriyaya çatdırmaq, eləcə də bu sektora investisiyaların cəlb edilməsinə dəstək vermək məqsədilə 2017-ci ildən “Daşınmaz Əmlak Analitik İnformasiya Bülleteni”nin İnternet versiyası (https://www.ren.az)  izləyicilərə təqdim edilmişdir.

“Bülleten”in yaradıcı heyəti əmindir ki, İnternet versiya “Bülleten”in oxucu auditoriyasının genişləndirilməsi ilə yanaşı həm də zəruri məlumatları daha operativ çatdırmağa yardımçı olacaq, bazar iştirakçıları arasında faydalı məlumat mübadiləsində fəal iştirak edəcəkdir.

 

Redaksiyanın əlaqə nömrələri: (012) 489 0223; 489 0225;