Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

10.06.2018

Tikinti biznesi - keyfiyyətə zəmanət

Azərbaycanda sənayenin müxtəlif sahələri və biznes müvafiq olaraq sürətli templə inkişaf edir. Burada aparıcı rolu gəlir gətirən obyekt oynayır.
Nabucco Architecture and Construction şirkəti Azərbaycan bazarı üçün unikal bir imkan təklif edir: geniş istifadə sahəsi olan obyektlərin yüngül metal konstruksiyalı Astron bazasında layihələndirilməsi və tikintisi. Astron - sistem binaların tikintisində Avropa bazarının lideridir. 50 illik tarixi ərzində şirkət Avropa, Rusiya, MDB dövlətlərində eləcə də Azərbaycanada 50 mindən çox layihə reallaşdırıb.


Biz bu barədə Nabucco Architecture and Construction şirkətinin baş direktoru Kəmaləddin Mənsimovla ətraflı söhbət etdik.

- Son iki ildə ölkə iqtisadiyyatı heç də asan olmayan bir dövr yaşayır. Bu da əlbəttə ki, tikinti bazarında da özünü biruzə verməyə bilməzdi. Siz sektordakı bugünki vəziyyəti necə qiymətləndirisiniz və Nabucco Architecture and Construction xidmətlərinə olan təlabatda azalma müşahidə olunubmu?

- Sözsüz ki, ölkənin maliyyə bazarındakı qeyri-stabil vəziyyət müxtəlif sahələrin fəaliyyəti ilə yanaşı, həmçinin, tikinti sahəsini də sarsıtdı. Amma artıq bir ildir ki, vəziyyət sabitləşir. Buna kömək edən ən vacib amillərdən biri - dövlət tərəfindən sahibkarlığa və sənayeləşməyə güclü dəstək və xüsusilə aqrar sektora olan çoxsaylı güzəştlər və subsidiyalardır. Möhkəm polad konstruksiyalı anbarların, kommersiya və istehsalat binalarının layihələndirilməsi və tikintisi bizim əsas fəaliyyət istiqamətimizdir, bununla əlaqədar olaraq bizim xidmətlərə tələbat yalnız artır.

- "Yaşıl ev" konsepsiyası nə deməkdir? Bu barədə ətraflı danışın.

- Biz sənaye və kommersiya təyinatlı tamkomplektli polad binaların layihələndirilməsi və istehsalı üzrə Avropa lideri olan böyük və mütərəqqi Astron şirkətinin rəsmi tikinti tərəfdaşıyıq.
Astron şirkətinin konsepsiyası enerji səmərəliliyi və ətraf mühitin qorunmasına yönəlmişdir.
Yüngül və möhkəm polad konstruksiyalar, zavodda yüksək səviyyədə istehsal, qısa müddət ərzində quraşdırılma, ekoloji təmiz tikinti prosesi, nəqliyyat və xidmət xərclərinə qənaət bizim işimizin əsas xüsusiyyətlərdir. (tozsuz, palçıqsız, karbon qazı olmadan, atrıq zibilsiz və sair). Ümumiyyətlə, Astron binalar istismar xərclərinin 26,7% azaldılmasını təmin edir.
Astron çatdırılma komplektinə dam örtüyü və divar sistemləri, suyadavamlı sistemlər, eləcə də effektiv istilik və səs izolyasiyası sistemləri daxildir. Bütün məhsullar EN1090-2, Eurocode standartına və MDB ölkələrinin texniki qaydalarına uyğundur.
Öz növbəsində, Nabucco yalnız metal konstruksiyaların quraşdırılmasını deyil, həm də "açar təhvil sistemi" yəni tikinti işlərinin tam bir növünü: layihələndirmədən-kommunikasiya sistemi də daxil olmaqla binanı tam hazır formada təklif edir. Əgər memarlıq konsepsiyası tələb edərsə uyğun olaraq istənilən əlavə fasad və bəzək materialları (daş, şüşə və s.) Astron polad sisteminə asanlıqla inteqrasiya oluna bilər.

- Şirkət yüksək gücə malik olan müxtəlif polad tikinti komponentləri, dam örtükləri və karkas konstruksiyalar, suya davamlı sistemlər və divar profilləri təklif edir. Onların üstünlükləri barədə bizə ətraflı məlumat verin.

- Astron markası özündə ən müasir texnologiyaları cəmləyir. Astron zavodunda elmi tədqiqat təcrübi konstruktiv baza vardır ki, bu da tikintidəki mövcud vəziyyəti daima təkmilləşdirməyə çalışır və müəyyən bölgələrin ehtiyaclarına cavab verən yenilikəri işləyib hazırlayır. Biz bu texnologiyaları Azərbaycan bazarında müəyyən zaman ərzində tətbiq etməyi planlaşdırırıq.
Astron konstruksiyası yüksək dayanıqlı poladdan hazırlanır, tərkibindəki kükürd səviyyəsinin minimuma endirilməsi onun elastikliyini və gücünü artırır. Termo işlənmə zamanı o, öz keyfiyyətini itirmir. Deməli, bu konstruksiyadan olan binalar beton binalar ilə nisbətdə iki dəfə çox daha uzunömürlü olur və onlara istənilən formanı vermək olur.
Qatlama dam örtüyü LMR600 sisteminin quraşdırılması zamanı dam örtüklərinin bütövlüyü pozulmur və heç bir su sızıntısı olmur. Dam örtüyü tikilmə (hörmə) üsulu ilə bir-birinə bağlanır, bunun nəticəsində mövsümi temperatur fərqləri zamanı da metal panellərin genişləndirilməsi kompensasiya olunur. Bundan əlavə, dam panelləri yüksək istilik və işıq əks etdirən (80% -ə qədər) alüminium sink örtüklü poladdan hazırlanır, bu da ventilyasiya və daxili məkanlarda kondisionerlərin xərclərini azaldır.
Astron parça-parça yığılan zəngin rəng palitrasına malik olan, öz estetikası ilə fərqlənən dam və divar sisemlərini təklif edir. Profilli panellər dayanıqlı polimer örtüklü rulon poladdan hazırlanır, vaxt keçdikcə rəngini dəyişmir.
Divar və dam örtüklərində soyuq əyilmiş və qalaylanmış poladdan istifadə olunur. Bu Z-forma hesabına, kompakt paketlərə doldurulan məhsul - tikinti sahəsinə nəqliyyat vasitəsi ilə daşınma zamanı minimum yer tutur və bu da çatdırılma zamanı daha böyük miqdarda materialların göndərilməsinə imkan yaradır.
Astron texnologiyası, 100 metr sərbəst aşırıma imkan yaradaraq istehsal xətlərinin yerini qəfəs (düz) formada saxlamaqla daxili məkanın möhkəm planlaşdırılmasını təmin edir.

- Çalışdığınız və ya hazırda üzərində işlədiyiniz ən son layihələr haqqında bizə məlumat verin.

- Ən yeni işlərimizdən biri kimi Lökbatan qəsəbəsində 5000 m2 bir sahədə inşa edilmiş supermarketi qeyd edə bilərik. Ticarət mərkəzinin eksteryeri (xarici) müasir və yığcamdır. Bu layihənin fərqli xüsusiyyəti - rahat planlaşdırma və yüksək keyfiyyətli materaillardan istifadədir.
Bu, italyan istehsalı kostyum və onun çin surəti kimidir, təcrübəli insan həmişə orjinal keyfiyyəti fərqləndirir! Bizim bütün materiallar və memarlıq işləri yüksək Avropa standartlarına uyğundur.
Ən sevindirici hal odur ki, biznesin bölgələrə gəlişi istehlak mədəniyyətini artırmağa kömək edir və yerli əhalini iş yerləri ilə təmin edir. Məsələn, inşa edilən yeni supermarketdə 200-dən çox insan işləyəcəkdir.
İndi biz Xızı şəhərində bir otel tikirik. Astron keyfiyyəti və digər tikinti materalları ilə rahat uyğunluğu hesabına biz orjinal memarlıq ideyalarını həyata keçirə bilirik. Məsələn, binanın dam örtüyü sürüşkən (“Üzən dam örtüyü sistemi”) bir formaya malikdir və tezliklə otelin qonaqları bu gözəlliyi qiymətləndirə biləcəklər.

 

- Siz müxtəlif növ kommersiya və ictimai binalar, ticarət mərkəzləri, anbarlar, kafe və sair layihələndirir və tikirsiniz. Azərbaycanda hansı növ binalara daha çox tələbat var və şirkətin fəaliyyəti regionları əhatə edirmi?

- Əsas sahələr - loqistika və istehsaldır. Qeyd edək ki, Astron texnologiyası bizə hətta çoxmərtəbəli binaları tikməyə də imkan verir.
Hal-hazırda biz bölgələrdə kənd təsərrüfatı üçün istehsalat obyektləri həmçinin kommersiya təyinatlı binalar və anbarlar tikirik. Məsələn, biz Qubada meyvə emalı üzrə (meyvə qurusu və s.) zavod tikirik; Kürdəmirdə nar məhsullarının istehsalı üzrə müəssisənin quraşdırılmasına başlanılıb; Bakıda layihələndirdiyimiz böyük supermarket artıq inşa olunub; Bakı ətrafında qənnadı məmulatlarının istehsalı üzrə kompleks uğurla işə salınıb vəs.
Yeri gəlmişkən, Avropada bu gün Astron 50 mindən çox obyekt, stadion və idman kompleksləri tikib. Biz burada da onları yarada bilərik.

- Məlum olduğu kimi, bu yaxınlarda siz Nabucco Architecture and Construction çərçivəsində Azərbaycan-İtaliya memarlıq studiyası açmısınız. Onun haqqında bir az ətraflı danışın.

- Bəli, ən yaxşı Azərbaycan və İtaliya ustalarının (memarlar, dizaynerlər və mühəndislər) əməkdaşlığı müştərilərimizə daha yaxşı xidmət göstərməyə imkan verəcəkdir.
Bu studiya İtaliya və Azərbaycan memarlıq ənənələrinin birləşdirən yeganə mərkəzdir və tikintidə müasir texnoloji nailiyyətlərdən istifadə edilir. Biz memarlıq, daxili dizayn və landşaft sahəsində ən orijinal ideyaların tətbiqini təklif edirik.
Dəqiqləşdirim ki, bu Astron polad sistemlərini tətbiq etmədən də, ənənəvi formada da istənilən növ tikililər ola bilər (villalar, bağlar, ofis binaları, restoranlar, məktəblər və sair). İtalyan həmkarlarımız mütəmadi olaraq bizə gəlir və biz hər bir layihə üzərində işləyir, onlarla əməkdaşlıq edirik.

- Tikinti-tərəfdaşı olduğumuz “Astron”un zavodları müxtəlif ölkələrdə (Lüksemburq, Çexiya və Rusiya) fəaliyyət göstərir. Hazırda bizim ölkədə istehsal sektoru aktiv şəkildə inkişaf edir. Xarici ortaqla əməkdaşlıq etməklə Astron zavodunu burada açmağı planlaşdırırsınızmı?

- Azərbaycan bazarını eləcə də MDB ölkələri, Mərkəzi Asiya ölkələri bazarlarını məhsul ilə şirkətin Rusiyadakı zavodu təmin edir.
Azərbaycan bazarı nisbətən kiçikdir və burada Astron istehsal mərkəzini açmaq mənfəətli deyil. Zərərsiz istehsal həcmi ayda ən azı 5000 ton təşkil etməlidir. Mən hesab edirəm ki, bizim tikinti bazarında metal konstruksiya istehsalı seqmenti kifayət qədərdir.
Eyni zamanda, xarici ölkələrdən (Özbəkistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı) "Nabucco"nun ixrac potensialını artıran kommersiya obyektlərinin layihələndirilməsi və tikintisi üçün təkliflər alırıq.

- Gələcək illər üçün şirkətin inkişaf planları hansılardır?

- Biz yeni orijinal və maraqlı layihələrlə öz iş portfelimizi genişləndirməyə çalışırıq. Əsas istiqamət – yaxşı ideya və keyfiyyətli inkişafdır.
Məqsədimiz Azərbaycanda daha çox sayda gözəl, etibarlı və sərfəli binaların tikintisi və ölkədə özəl sektorun nümayəndələri ilə sıx və etibarlı münasibətlərin qurulmasıdır.