Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

12.06.2018

Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinə alıcı marağı artmaqdadır

12 iyun tarixində Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilən hərraca digər kateqoriyalardan olan dövlət əmlakları ilə yanaşı 12 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılmışdı.
Qeyri-yaşayış sahəsi üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif növ belə əmlaklara alıcı marağı yüksək olub. Belə ki, Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edə bilib. Əmlakın ilkin start qiyməti 30 min manat olsa da ən son təklif 45 min 300 manata qədər yüksəlib. Ümumi faydalı sahəsi 48 kv.m-ə yaxın olan həmin əmlak biznes qurmaq istəyən sahibkar üçün uğurlu seçimdir. Bundan başqa paytaxtın Nəsimi rayonun Əlövsət Quliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında da analoji hal müşahidə edilib. Belə ki, ilkin start qiyməti 6 min manat olmasına baxmayaraq həmin əmlak 6 min 200 manata sahibini tapıb. Ümumilikdə özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın müxtəlif bölgələrini əhatə edərək, Sabunçu, Nərimanov, Nəsimi rayonlarında yerləşir.
Həmin gün keçirilən hərracda həmçinin bir sıra iqtisadi sahələrdə fəaliyyət göstərməyə imkan verən kiçik dövlət müəssisələri də özəlləşib. Özəlləşən bu əmlakların hamısı rayon ərazisində yerləşir. Bu isə bölgələrimizin iqtisadi gücünün yüksək olmasından xəbər verir. Oğuz rayonunda yerləşən Əmlak kompleksi xidmət sahəsində investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsinin 200 kv.m-dən çox olması da sahibi üçün əlavə iqtisadi imkan yaradır. Bundan başqa Samux rayonunda özəlləşən ictimai iaşə obyekti də xidmət sferasının inkişafına töhfə verə bilər.