Ən yeni xəbərlər
244 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.04.2018

Yatırım etmək tövsiyyə edilən – 15 ÖLKƏ

 

Amerikanın «U.S. News» saytı dünya ölkələri arasında daşınmaz əmlaka yatırım üçün ən sərfəli olan ölkələrin maraqlı reytinqini açıqlayıb. Reytinqin əsasında Dünya Bankının hesabatı və 21 min nəfər arasında keçirilən sorğunun nəticələri dayanır.

Reytinq hansı kreteriyalara əsaslanır?
Məlum olduğu kimi, istənilən reytinq müəyyən kreteriyalara əsaslanmalıdır. Əgər investisiyalar haqqında danışırıqsa, Dünya Bankının əsaslandığı paramentləri xatırlayıq. DB hər hansı ölkədə investisiyaların nə qədər perspektivli olmasını müəyyən edən 4 əsas parametr açıqlayıb. Bunlar əhali sayı, investisiya mühiti, insanlar arasında münasibətlər və ictimai quruluşdur.

«U.S. News» saytı isə 21 min nəfər arasında keçirdiyi sorğuda 80 ölkədəki vəziyyəti 65 kreteriya üzrə öyrənib. Bu kriteriyalar arasında həyat səviyyəsi, işgüzər mühit, mədəni təsir də var. Bundan sonra isə analitiklər 65 kriteriyadan 8-i əsasında investisiya reytinqi hazırlayıblar.

Bu parametrlər aşağıdakılardır:

- Sahibkarlıq üçün şərait
- İqtisadi sabitlik
- Vergi mühiti
- İnnovasiyalar
- Texnoloji ekspertiza
- Dinamiklik
- Korrupsiya səviyyəsi,
- Peşəkar əmək bazarı

Siyahı sorğuda iştirak edən 6 min nəfərin - bütün dünyadan olan biznesmenlərin cavabları əsasında tərtib edilib. Beləliklə, bütün ölkədə əmlaka yatırım baxımından ən yaxş variant sayıla biləcək 15 ölkəni təqdim edirik:

 

15. İrlandiya

Əhalisi: 4,8 milyon nəfər
Ümumi Daxili Məhsul: $294,1 mlrd
ÜDM-in illik artımı: 5,1%
Dublində daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $5500

14. Türkiyə

Əhalisi: 79,5 milyon nəfər
Ümumi Daxili Məhsul: $857,7 mlrd
ÜDM-in illik artımı: 3,2%
Ankarada daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $700

13. Uruqvay

Əhalisi: 3,4 milyon nəfər
Ümumi Daxili Məhsul: $52,4 mlrd
ÜDM-in illik artımı: 1,5%
Montevideoda daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $2500

12. Finlandiya

Əhalisi: 5,5 milyon nəfər
Ümumi Daxili Məhsul: $236,8 mlrd
ÜDM-in illik artımı: 1,9%
Helsinkidə daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $4000

11. Çexiya

Əhalisi: 10,6 milyon nəfər
Ümumi Daxili Məhsul: $192,9 mlrd
ÜDM-in illik artımı: 2,6%
Praqada daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $4000

10. Oman

Əhalisi: 4,4 milyon nəfər
Ümumi Daxili Məhsul: $66,3 mlrd
ÜDM-in illik artımı: 1,2%
Məsqətdə daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $1500

9. Hindistan

Əhalisi: 1,3 mlrd nəfər
Ümumi Daxili Məhsul: $2,3 trln
ÜDĞ-in illik artımı: 7,1%
Nyu-Dehlidə daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $1500

8. Tailand

Əhalisi: 68,9 milyon nəfər
Ümumi Daxili Məhsul: $406,8 mlrd
ÜDM-in illik artımı: 3,2%
Banqkokda daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $3000

7. İspaniya

Əhalisi: 46,4 milyon nəfər
Ümumi Daxili Məhsul: $1,2 trln
ÜDM-in illik artımı: 3,3%
Madriddə daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $3500

6. Avstraliya

Əhalisi: 24,1 milyon nəfər
Ümumi Daxili Məhsul: $1,2 trln
ÜDM-in illik artımı: 2,8%
Kanberrada daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $4000

5. Sinqapur

Əhalisi: 5,6 milyon nəfər
Ümumi Daxili Məhsul: $297 mlrd
ÜDM-in illik artımı: 2%
Daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $14 000

4. Malayziya

Əhalisi: 31,2 milyon nəfər
Ümumi Daxili Məhsul: $296,4 mlrd
ÜDM-in illik artımı: 4,2%
Kuala-Lumpurda daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $2 500

3. Polşa

Əhalisi: 37,9 milyon nəfər
Ümumi Daxili Məhsul: $469,5 mlrd
ÜDM-in illik artımı: 2,9%
Varşavada daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $2 500

2. İndoneziya

Əhalisi: 261,1 milyon nəfər
Ümumi Daxili Məhsul: $932,3 mlrd
ÜDM-in illik artımı: 5%
Cakartada daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $1 500

1. Filippin

Əhalisi: 103,3 milyon nəfər
Ümumi Daxili Məhsul: $304,9 mlrd
ÜDM-in illik artımı: 6,9%
Manilada daşınmaz əmlakın kvadratmetrinin orta qiyməti: $1 500