Tədbirlər
23 - 26 oktyabr 2018

Mebel sənayesi dünya iqtisadiyyatının ən sabit inkişaf edən sahələrindən biridir. Bu baxımdan Azərbaycan da istisna deyil. Hal hazırda Azərbaycanın Mebel sənayesi inkişafında yeni artım yaşayır. Mebel istehsalında yeni innovativ texnoloqiyalar istifadə olunur.
Yaşayış mənzillərin intensiv tikilişi ilə əlaqədar olaraq, yumşaq mebelə, yataq və qonaq otaqları üçün qarniturlara və interyer elementlərinə olan təlabat artmaqdadır. Caspian MebelExpo sərgisi bazarda mövcud olan məhsul və təkliflərin geniş çeşidini nümayiş etdirir, regionun mebel sənayesində mövcud inkişaf tendensiyalarına dair düzgün və dürüst məlumat verir və, beləliklə, Azərbaycanın mebel sektoruna investisiyaların cəlb edilməsinə, həmçinin sənayenin və yerli istehsalın inkişafına təkan verir. Sərginin daha bir məqsədi - industriyanın inkişafı və yeni istiqamətlərinə dair məlumat ilə istehlakçını təmin etmək və bu sektorda düzgün oriyentir seçməkdə ona kömək etməkdir. Başqa sərgilərdən fərqli olaraq, Caspian MebelExpo sadəcə müqavilələrin və sazişlərin bağlandığı məkan deyil; son və eksklüziv mebel modellərinin özünəməxsus paradıdır.

SƏRGİNİN ZİYARƏTÇİLƏRİ

Mebel istehsalatlarının və salonların direktorları
Dövlət qurumlarının, səfirliklərin və nazirliklərin nümayəndələri
Xarici və yerli şirkətlərin, bank və biznes-mərkəzlərinin təchizat şöbələrinin nümayəndələri
Mehmanxana, restoran, idman və turizm komplekslərinin menecerləri
Dizaynerlər
Fərdi şəxslər

CASPİAN MEBEL EXPO SƏRGİSİNİN ÜSTÜNLÜKLƏRİ

Təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması
Ölkənin və bütünlüklə regionun mebel bazarının təhlili
Brendin effektiv tanıdılması
Təqdim olunan məhsullara məqsədli auditoriyanın cəlb edilməsi
İşgüzar görüşlərin və partnyor münasibətlərin qurulması üçün əlverişli şərait
Yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkan
Yeni xarici bazarlara daxil olmaq, diler şəbəkəsini formalaşdırmaq üçün əlverişli fürsət
Bazarın kifayət qədər böyük hissəsini əhatə etmək imkanı
Reklam, GR, PR
Potensial müştərilərlə görüş imkanları

İmicin yüksək saxlanılması – sərgidə iştirak özünüz haqqında hər kəsə bəyan etmək, mebelin layihələşdirilməsi və istənilən istiqamətli interyerin dizaynı sahəsində ən son nailiyyətləri nümayiş etdirmək imkanı verir.

 

SƏRGİNİN BÖLMƏLƏRİ

MEBEL

Yumşaq və ümumi yaşayış mebeli
Uşaq mebeli
Ofis, bank və ictimai müəssisələr üçün mebel
Hamam otaqları üçün mebel
Mətbəx mebeli
“Lüks” sinfinə aid mebel
Quraşdırılan mebel
Küçə və bağ mebeli
Xüsusi mebel

İNTERYER VƏ DİZAYN

Divar kağızları, fitoməhsullar, qobelenlər
Xalça və xalça örtükləri
Çilçıraqlar, güzgülər, şüşə məmulatları
İnteryer əşyaları və aksessuarlar

MEBEL İSTEHSALI VƏ AĞAC EMALI

Avadanlıq və alətlər
Furnitura və aksessuarlar
Üzlük parçalar
Bəzək materialları
Quraşdırılan elementlər və sistemlər
Boyalar, laklar və yapışqanlar

EV ÜÇÜN PARÇALAR

Pərdələr, jalüzlər
Döşəklər və yataq ləvazimatları
Dekorativ parçalar
Ev üçün parçalar