Ən yeni xəbərlər
244 nəfər oxuyub

Aznav naviqasiya sistemi

17.03.2018

Mənzili necə obyektə çevirmək olar? – İCAZƏLƏR, ŞƏRTLƏR

Fərdi biznesi quranların sayının artması, xidmət sahələrinə yaranan yeni tələblər əmlak bazarına da təsirsiz ötüşmür. Xidmət və satışla məşğul olmaq istəyən vətəndaşlar əlverişli yerləşdiklərinə görə, ya da ucuz başa gəlsin deyə, bəzən mənzillərinin təyinatını dəyişdirərək ondan ofis və ya ticarət obyektinə çevirməyə üstünlük verirlər. Ancaq heç də hamı buna nail ola bilmir. Çünki mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün xüsusi tələblərə və çoğrafi şərtlərə əməl olunmalıdır. 

İcazəni ancaq icra hakimiyyətləri verə bilər

Məsələni şərh edən hüquqşünas  Tahir Əlirzayev bildirib ki, yaşayış sahələrinin təyinatının dəyişdirilməsi Mənzil Məcəlləsi, eləcə də Tikinti və Şəhərsalma Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllələrə əsasən, mənzilini ofis və ya ticarət obyekti kimi istifadəe tmək istəyən şəxs öncə buna rəsmi icazə almalıdır. Bu səlahiyyət yerli icra hakimiyyətlərinə aiddir: «Evini qeyri-yaşayış sahəsinə çevirmək istəyən vətəndaş öncə yerli icra hakimiyyətinə müraciət etməlidir. Orada həmin mənzilin təyinatınıın dəyişdirilməsi ilə bağlı xüsusi komissiya yaradılır. Mütəxəssislər yerində baxış keçirir, mənzilin qeyri-yaşayış sahəsinə   çevrilməsi zamanı ortaya çıxacaq məsələləri araşdardıqdan sonra  buna qərar verirlər».

Mənzil Məcəlləsini də oxumaq lazımdır

Doğrudur, mənzilin təyinatının dəyişdirilməsinə ancaq icra hakimiyyətləri icazə verə bilər. Amma Mənzil Məcəlləsində bununla bağlı çərçivə şərtlər göstərilib.

Mənzil Məcəlləsinin 20-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri müəyyən edilib. Həmin qaydaya görə, mənzilin  qeyri-yaşayış sahəsinə çevrilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Məsələn, Məcəlləyə görə, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda onun təyinatını dəyişdirilməsinə icazə verilmir. Eyni zamanda, təyinatı dəyişdirilən sahə mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə icra orqanı bundna imtina edə bilər.

Hansı mənzillərin  təyinatını dəyişmək olar?

T.Əlirzayev qeyd edib ki, adətən 1-ci mərtəbədəki mənzilləri qeyri-yaşayış sahəsinə çevirirlər. Ancaq bütün binalarda bunu etmək mümkün deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, yeni tikilən sahə insanların gediş-gəlişinə mane olmamalıdır.

«Əgər mənzlin təyiraının dəyişdirilməsi binanın ümumi görünüşünə xələl gətirmirsə, buna icazə verilə bilər. Həmin əmlak qeyri- yaşayış sahəsinə çevriləndə orada əlavə  qapı, pəncərə açmaq, pilləkən qoymaq lazım gəlir. Bütün bunların istifadəsinin mümkün olduğunu müəyyən etdikdən sonra ona icazə verilir».

Qeyd edək ki, bu məsələ Mənzil Məcəlləsinin 20.3-cü maddəsində əksini tapıb.

Birinci mərtəbələrə “yaşıl işıq”

Sənədə görə, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə isə ancaq onun  altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Başqa sözlə, birinci mərtəbədən fərqi mərtəbələrdəki mənzillər o zaman obyektə çeçrilə bilər ki, onların altındakı mərtəbədə mənzil olmasın. Xatırladaq ki, hazırda Bakıda yeni tikililərin əksəriyyətinin il kiki mərtəbəsi qeyri-yaşayış sahəsi – obyektlər üçün nəzərdə tutulur. Yuxarıda göstərilən şərtləri nəzərə alsaq, həmin binalardakı 3-cü mərtəbədə yerləşən mənzilləri də asanlıqla qeyri-yaşayış sahəsinə çevirmək mümkündür.

Bu sənədlər tələb olunacaq  

Məcələnin 21-ci maddəsi isə yaşayış sahəsinin təyinatının dəyişdirilməsi qaydalarını müəyyən edib. Sənədə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya əksinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra — keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Bunun üçün aşağıdakı sənədlər tələb olunacaq:

  1. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında ərizə (Burada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);
  2. Təyinatı dəyişdirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti);
  3. Həmin sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);
  4. Mənzilin yerləşdiyi binanın mərtəbəli planı;
  5. Mülkiyyətçinin şəxsiyyət vəsiqəsi.

İcra hakimiyyəti 30 günə qərarını verməlidir

Mənzilin təyinatının dəyişdirilməsi üçün icra hakimiyyətinə sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. İcra hakimiyyəti əmlakın təyinatının dəyişdirilməsinə razılıq və ya imtina qərarını 30 gündən gec olmayan müddətdə verməlidir. Qərar qəbul edildiyi gündən 3 iş günü ərzində həmin qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim etməlidir. Əgər icra hakimiyyəti mənzilin təyinatının dəyişdirilməsinə icazə verirsə, bu halda həmin  sahəyə bitişik olan sahələrin sahiblərini də məlumatlandırmalıdır.

Əgər mənzilin təyinatının dəyişdirilməsinə  razılıq verilibsə, sənəddə həmin sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün aparılacaq  yenidənqurma işlərinin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir.

Onu da deyək ki, təyinatə dəyişdirilən sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.

Belə olarsa, imtina alacaqsız

Mənzil Məcəlləsinin 22-ci maddəsində isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilən hallar qeyd edilib:

  1. Yuxarıda qeyd olunan sənədlər tam təqdim edilmədikdə;
  2. Mənzilin təyinatının dəyişdirilməsi şərtlərinə riayət edilmədikdə;
  3. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.

Qonşudan qonşuya fərq var

Bu qaydalara görə, hətta üzbəüz qonşu olan vətəndaşlardan birinə mənzilin təyinatınn dəyişdirilməsi  üçün icazə verildiyi halda, digərinə imtina verilə bilər. Bütün bunlar mənzilin yerləşməsindən və onun təyinatı dəyişdirilən zaman baş verə biləcək yeniliklərdən asılıdır.

Ailə üzvlərinin və bankın da razılığı olmalıdır

Mənzilin təyinatının dəyişdirilməsi üçün vacib amillərdən biri də oradakı mülkiyyətçilərin hamısının razılığı olmalıdır. Məsələn mənzilin bir neçə mülkiyətçisi varsa, bu dəyişikliyə onların hamısı icazə verməlidir. Əks halda dəyişmədən imtina olunacaq.

Bundan başqa, mənzilin hər hansı yüklülüyü varsa – mənzil girovda və ya həbsdədirsə - bu məsələ həmin tərəflərlə də razılaşdırılmalıdır. Məsələn girovda olan mənzilin təyinatın dəyişdirilirsə, onu girov saxlayan bank buna razılıq verməlidir. Əks halda, onun təyinatının dəyişdirilməsinə icazə verilməyəc