Ən yeni xəbərlər
244 nəfər oxuyub

Aznav naviqasiya sistemi

17.02.2018

Azərbaycanda əmlakla əməliyyatlar artıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosedurlarında tətbiq edilən yeniliklər, elektron xidmətlər və digər innovasiyalar, eləcə də, aparılan maarifləndirmə kampaniyaları nəticələrini verməyə başlayıb.

Ölkə əhalisi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üçün müraciətlər artmaqdadır. 2018-cı ilin yanvar ayının göstəriciləri göstərir ki, həm ilkin, həm də təkrar qeydiyyatda nəzərəçarpan artım baş verir. Torpaq sahələri ilə yanaşı, yeni mənzillərin də qeydiyyatı yüksəlib.

Beləliklə, ƏMDK-nin məlumatlarına görə, 2018-ci ilin yanvar ayında ölkədə 16 299 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu ötən ilin yanvarı ilə müqayisədə 20% artıqdır. Aparılan qeydiyyatın 5 019-u (30,8%) ilkin, 11 280-İ (69,2%) təkrar qeydiyyata aiddir. Ötən ilin yanvarı ilə müqayisədə təkrar qeydiyyat 17%, ilkin qeydiyyat isə 28% artıb. Yanvarda 13 minə yaxın əmlaka texniki pasport, 10,5 min müayinə aktı tərtib edilib, 343 yüklülük, 3 250 ipoteka qeydə alınıb. Ötən ay məhdudlaşdırmaya dair 13,5 min arayış, əhaliyə xidmətlə bağlı isə 17,8 min müxtəlif arayışlar verilib. Yanvarda texniki pasportların sayı 15%, ipoteka qeydiyyatı 41%, məhdudlaşdırmaya dair arayışlar 23%, müayinə aktları 12% artıb. Əhaliyə verilən arayışların sayında isə 89% dəfə artım olub (Cədvəl 1.). 

Ötən ay mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 2 961-i fərdi yaşayış və bağ evi, 4 757-si mənzil, 7 731-i torpaq sahəsi, 358-i qeyri-yaşayış binası, 402-si qeyri-yaşayış sahəsi, 60-ı əmlak kompleksi, 13-ü çoxmərtəbəli yaşayış binası, 17-si isə çoxillik əkmə olub. Ötən ilin yanvarı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 16%, mənzillərin qeydiyyatı 40%, torpaq sahələrinin qeydiyyatı 9% artıb (Cədvəl 2.).

Yanvarda əmlak bazarında Bakı şəhərinin payı artıb. Ötən ay ölkə üzrə aparılan əmlakın qeydiyyatının 33,5%-i paytaxtda baş verib. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır (Cədvəl 3.).

2017-ci ilin yanvarında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 ərazi idarəsinin 16-da daşınmaz əmlakın qeydiyyatının artımı, 2 ərazi idərəsində isə qeydiyyatın azalması müşahidə edilib. Qeydiyyatda ən yüksək artım Ucar (98%), Sumqayıt (77%) və Lənkəran (56%) ərazi idarələrində baş verib. Qeydiyyatın azalması isə Xaçmaz (35%) və Şamaxı (1%) ərazi idarələrində baş verib (Cədvəl 4.).

Yanvar ayında daşınmaz əmlak üzərində qeydə alınan mülkiyyət hüquqlarının 30,8%-i ilkin qeydiyyatın payına düşür. Ümumi qeydiyyatda ilkin qeydiyyatın ən yüksək payı Bakı (37,1%) və Zaqatala (42,7%) ərazi idarələrində baş verib. İlkin qeydiyyatın ən aşağı payı isə Bərdə (19%) və Beyləqan (20%) ərazi idarələrində qeydə alınıb. Ümumiyyətlə 18 ərazi idarəsinin 7-də ilkin qeydiyyatın payı 30% və ondan yuxarıdır (Cədvəl 5).

2018-ci ilin yanvar ayı ərzində ölkə üzrə 1 697 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 7,5% artıb. Özəlləşdirmə başlayandan 1 fevral 2018-ci il tarixinədək ölkə üzrə 545 282 mənzil özəlləşdirilib.

 

Cədvəl 1. 2018-ci ilin yanvar ayında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas göstəriciləri

 Göstəricilər

Yanvar, 2018

 Yanvar, 2017-yə nisbətən dəyişmə

1

Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 

16 299

20,1%

 

o cümlədən,

ilkin qeydiyyat

5 019

28,2%

 

təkrar qeydiyyat

11 280

16,8%

2

Texniki pasportların sayı

13 917

15,5%

3

Yüklülük (icarə, istifadə)

343

72,4%

4

İpoteka qeydiyyatı

3 250

41,4%

5

Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış

13 552

23,2%

6

Əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar

17 780

89,0%

7

Müayinə aktı

10 514

11,8%

 

Cədvəl 2. 2018-ci ilin yanvar ayında hüquqların dövlət qeydiyyatının əmlak bölmələri üzrə hesabatı

 Göstəricilər

 Yanvar, 2018

Yanvar, 2017-yə nisbətən dəyişmə

 

Cəmi (Qeydiyyat üzrə)

16 299

20,1%

1

Fərdi yaşayış və bağ evi

2 961

15,8%

2

Mənzil (özəlləşdirmə)

4 757

39,9%

3

Torpaq sahələri

7 731

8,9%

4

Qeyri yaşayış binası

358

47,9%

5

Qeyri-yaşayış sahəsi

402

96,1%

6

Əmlak kompleksi

60

15,4%

8

Çoxmərtəbəli yaşayış binaları

13

2,6 dəfə

9

Çoxillik əkmələr

17

41,7%

 

Cədvəl 3. 2018-ci ilin yanvar ayında hüquqların dövlət qeydiyyatının əmlak bölmələri, Bakı və regionlar üzrə hesabatı

Əmlak Bölmələri

Ölkə üzrə

Bakı üzrə

Sayı

Bakı üzrə

%

 

Cəmi (Qeydiyyat üzrə)

16 299

5 463

33,5%

1

Fərdi yaşayış və bağ evi

2 961

949

32,0%

2

Mənzil (özəlləşdirmə)

4 757

3 325

69,9%

3

Torpaq sahələri

7 731

679

8,8%

4

Qeyri yaşayış binası

358

130

36,3%

5

Qeyri-yaşayış sahəsi

402

352

87,6%

6

Əmlak kompleksi

60

23

38,3%

8

Çoxmərtəbəli yaşayış binaları

13

5

38,5%

9

Çoxillik əkmələr

17

-

-

 

Cədvəl 4. 2018-ci ilin yanvar ayında ƏMDK yanında DƏDRX-in ərazi idarələri üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında məlumat

Ərazi idarələri

Yanvar,

2018

Yanvar 2017-yə nisbətən artım

 
 

Respublika üzrə cəmi

16 299

20,1%

 

Bakı şəhər Ərazi İdarəsi

5 463

25,7%

 

Sumqayıt Ərazi İdarəsi

1 277

77,4%

 

Gəncə Ərazi İdarəsi

763

11,9%

 

Abşeron Ərazi İdarəsi

1 039

25,3%

 

Xaçmaz Ərazi İdarəsi

1 346

-34,8%

 

Beyləqan Ərazi İdarəsi

366

38,1%

 

Bərdə Ərazi İdarəsi

706

45,0%

 

Cəlilabad Ərazi İdarəsi

454

30,8%

 

Qəbələ Ərazi İdarəsi

529

30,6%

 

Lənkəran Ərazi İdarəsi

634

56,5%

 

Şəmkir Ərazi İdarəsi

451

38,3%

 

Şəki Ərazi İdarəsi

536

22,9%

 

Şirvan Ərazi İdarəsi

528

3,5%

 

Şamaxı Ərazi İdarəsi

255

-0,8%

 

Tovuz Ərazi İdarəsi

531

10,4%

 

Ucar Ərazi İdarəsi

344

97,7%

 

Yevlax Ərazi İdarəsi

567

18,6%

 

Zaqatala Ərazi İdarəsi

510

40,9%

 

 

Cədvəl 5. 2018-ci ilin yanvar ayında ƏMDK yanında DƏDRX-in ərazi idarələri üzrə daşınmaz əmlak üzərində hüquqların ilkin dövlət qeydiyyatı haqqında məlumat

Ərazi idarələri

İlkin qeydiyyatın ümumi qeydiyyatda xüsusi çəkisi

 
 

Respublika üzrə cəmi

30,8%

 

Bakı şəhər Ərazi İdarəsi

37,1%

 

Sumqayıt Ərazi İdarəsi

31,8%

 

Gəncə Ərazi İdarəsi

23,9%

 

Abşeron Ərazi İdarəsi

27,1%

 

Xaçmaz Ərazi İdarəsi

21,7%

 

Beyləqan Ərazi İdarəsi

20,2%

 

Bərdə Ərazi İdarəsi

19,0%

 

Cəlilabad Ərazi İdarəsi

32,6%

 

Qəbələ Ərazi İdarəsi

33,5%

 

Lənkəran Ərazi İdarəsi

26,0%

 

Şəmkir Ərazi İdarəsi

25,9%

 

Şəki Ərazi İdarəsi

36,0%

 

Şirvan Ərazi İdarəsi

25,4%

 

Şamaxı Ərazi İdarəsi

32,2%

 

Tovuz Ərazi İdarəsi

26,9%

 

Ucar Ərazi İdarəsi

28,8%

 

Yevlax Ərazi İdarəsi

25,9%

 

Zaqatala Ərazi İdarəsi

42,7%