Ən yeni xəbərlər
244 nəfər oxuyub

Aznav naviqasiya sistemi

16.03.2018

Hərraclarda rəqabət artır – SAHİBKARLARA YAŞIL İŞIQ

 

Özəl sektorun inkişafına təkan olan mühüm iqtisadi proqramlardan biri də dövlət əmlaklarının özəlləşdirilməsidir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən keçirilən hərraclar 2018-ci ildə də davam etdirilir

6 mart 2018-ci il tarixində mart ayının ilk hərracı baş tutub. Rəqabətli şəraitdə keçən hərracda ümumilikdə 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si isə qeyri-yaşayış sahəsidir.

Komitəni yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin  təşkil etdiyi əmlak hərracları bir qayda olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilir. Burada hər bir vətəndaşın, o cümlədən media nümayəndələrinin həm canlı olaraq hərracda iştirak etməsinə, həm də elektron hərracları izləməsinə şərait yaradılıb.  Eyni zamanda investorlar hərraca elektron qaydada qoşularaq almaq istədikləri əmlakın hərracında iştirak edə bilərlər.

Martın 6-da baş tutan hərracda da kifayət qədər vətəndaş iştirak edib. Təkcə Bakı şəhərindəki 9 dövlət obyektinin özəlləşdirilməsi üzrə Auksion Mərkəzinə 10 sifariş daxil olub. Onların hər biri iddia etdiklərin əmlakların hərracında iştirak edərək müəyyən nəticələrə nail olublar.

Qeyd edək ki, son hərracda ümumilikdə 177 dövlət əmlakı hərraca çıxarılıb. Onlardan 18-I səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 84-ü qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 15-i isə nəqliyyat vasitəsi olub.   

Hərracdan öncə komissiya hərrac qaydalarını iştirakçılara izah edib. Bildiriib ki, hərraca çıxarılan, lakin alınması  barədə sifariş daxil olmayan əmlaklar yenidən satıcının, yəni  Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına  qaytarılır. Qaydalara görə, hərraca çıxarılan əmlakın ilkin satış qiyməti elan edildikdən sonra ona iddia edən vətəndaşlardan almaq barədə cavab gəlməsə hərrac baş tutmamışa hesab edilir.     

Beləliklə, hamının həyəcanla gözlədiyi hərraca start verildi. İlk olaraq Bakı şəhəri, Suraxanı rayonuƏmircan qəsəbəsi, M.Mustafayev küçəsi 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi satışa çıxarıldı. 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşən əmlakın ümumi sahəsi 17,9 kv.metr, ilkin satış qiyməti 1 750 manat elan edilib. İlk olaraq 4 saylı iştirakçı həmin sahəni almağa iddia edib. Daha sonra isə 5 saylı iddiaçı nisbətən baha qiymətə - 1 770 manata alacağını bəyan  edib. Tərəflər bir neçə dəfə qiymətlərini təklif ediblər. Rəqabət şəraitində keçən hərracın sonunda 5 saylı iştirakçı təklif etdiyi məbləği 1 920 manata qaldırıb. Qarşı tərəf başqa qiymət təklif etmədiyindən sözügedən əmlakın həmin iştirakçıya satılması təsdiqlənib.

Növbəti hərrac obyekti Binəqədi rayonu, 9-cu mikrorayon, B.Babaşov küçəsi 15-dəki 9 mərtəbəli binanın yarımzirzəmisinin 1 hissəsi olub. Sahəsi 17,9 kv.metr olan əmlakın ilkin satış qiyməti 3 000 manat elan edilib. 6 saylı iştirakçı həmin mlakı almağa iddia edib. Digər alıcı olmadığından qalib də həmin şəxs elan edilib. Adıçəkilən zirzəmi ilkin satış qiymətinə satılıb.

Hərraca çıxarılan digər bir obyekt isə Yasamal rayonu, 559-cu məhəllə, Ş.Mehdiyev küçəsi bina B ünvanında yerləşir. 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsini əhatə edən əmlakın sahəsi 64,8 kv.metrdir. Obyektin ilkin satış qiyməti 11 500 manat elan edilib. 7 saylı iştirakçı onu almağa iddia edib. Digər iddiaçı olmadığından həmin şəxs qalib elan olunub.    

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/62-ci məhəllədəki 9 mərtəbəli binanın zirzəmisinin bir hissəsi də hərraca çıxarılıb. Ümumi sahəsi 70 kv.metr olan əmlakın ilkin satış qiyməti 10 500 manat elan edilib. İlk olaraq 9 saylı iştirakçı onu almaq üçün əl qaldırıb. Hərrac müddətində başqa iddiaçı olmadığından həmin şəxs qalib elan edilib.

Hərraca çıxarılan növbəti əmlaklar Bakının Nərimanov rayonu ərazisindəki qeyri-yaşayış sahələri olub. M.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1 və 2 mərtəbəli binanın zirzəmisinin bir hissəsi 15 000 manata satışa çıxarılıb. Əmlakın sahəsi 57,8 kv.metrdir. Qeyri-yaşayış sahəsinin hərracında 1 nəfər iddiaçı olub  və 8 saylı iştirakçı qalib   elan edilib.

Təbriz küçəsi 18-də yerləşən 2 mərtəbəli binanın yarımzirzəmisi 7.6 kv.metr və zirzəmisinin bir hissəsi - 16.7 kv.metr  hərraca çıxarılıb. Ümuilikdə 24,3 kv.metrlik sahənin ilkin satış qiyməti  10 000 manat elan edilib. 10 saylı iştirakçı onu almaq iddiasında olduğunu bildirib. Digər iddiaçı olmadığından həmin şəxs qalib elan edilib.

A.Nemətulla 49 a ünvanındakı 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi də hərracda öz sahibini tapıb. Belə ki, ümumi sahəsi 192,3 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 35 000 manat elan edilib. Həmin əmlakı almaq üçün bir nəfər iddia edib və sonda 11 saylı iştirakçı qalib elan edilib.

Hidayətzadə küçəsi 34-də yerləşən 3 mərtəbəli binanın zizrzəmisinin bir hissəsinin isə ilkin satış qiyməti 5 000 manat elan edilib. Səhəsi 33,4 kv.metr olan əmlakı 12 saylı iştirakçı alıb.

Hərracda sonuncu əmlak Nəsimi rayonu Azadlıq prospekti 19 ünvanındakı 3 mərtəbəli binanın zirzəmisinin bir hissəsi olub. Sahəsi 52,5 kv. metr olan qeyri-yaşayış sahəsinin  ilkin satış qiyməti 40 000 manat elan edilib. Hərracda həmin əmlak üçün ancaq 1 iddiaçı olub və 13 saylı iştirakçı qalib elan edilib.

Sonra qaliblər hərrac protokollarına imza ataraq öz hüquqlarını təsdiqləyiblər.         

Onu da deyək ki, əməkdaşımız Bakıda baş tutan hərracda iştirak edən vətəndaşların fikirlərini də öyrənməyə çalışıb. Onlar hərrac prosesinin heç bir maneə olmadan şəffar formada keçirildiyini vurğulayıblar. Qaliblərdən olan Məmməd Novruzov aldığı qeyri-yaşayış sahəsində kiçik sahibkarlıqla məşğul olacağını bildirib.

Nrimanov rayonundakı qeyri-yaşayış sahələrindən birini alan Mübariz Əliyev isə bəzi planlarını da açıqlayıb. “Hərracda hər bir şey  şəffaf idi. Mənim aldığım əmlka üzrə rəqabət olmadı. Ona görə uddum və indi çox sevincliyəm.  Aldığım yerdə uşaqlar üçün oyun zalı qurmaq niyyətindəyəm. Çayxana kimi istifadə etmək də mümkündür. Hansı alınsa o formada yararlanacam”.  

Digər qalib Siyasət İsmayılovun hələki planı yoxdur: “Hərracda  heç bir problemlə qarşılamamışıq. Sevinirəm ki,  qalib gəldik. Ancaq həmin əmlakı necə istifadə edəcəyim barədə hələki planım yoxdu. Onu zaman göstərəcək”.

Digər qalib də hərrac prosesinin tam şəffaf və obyektiv keçdiyini, heç bir mərhələdə problemlə üzləşmədiklərini bildirib. Aldığı əmlakı çay evi və ya ticarət obyekti kimi istifadə edəcəyini bildirib.

Qeyd edək ki, martın 6-da digər şəhər və rayonların Hərrac Mərkəzlərində də belə hərraclar keçirilib. Belə ki, onlayn hərraca qoşulan vətəndaşlar da aktiv olublar. Gəncə şəhərinin Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında təkliflər ard-arda səsləndirilib. Ümumi faydalı sahəsi 10 kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 3 min manat elan edilib. Ancaq rəqabət nəticəsində həmin əmlak 8 min 500 manata satılıb.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri regionlarda müvafiq olaraq Gəncə, Yevlax, Şəmkir, Zərdab və Xaçmazda yerləşir. Həmin əmlaklar xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 226,5 kv.m olan Yevlax şəhərində yerləşən 50 saylı mağaza və Gəncə şəhərində olan 282/45 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşən “Şəmkir yay kinoteatrı” da sahibi üçün xidmət sahəsində gəlirlidir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.metrə yaxın, torpaq sahəsi isə 450 kv.metrdən çoxdur.