Ən yeni xəbərlər
280 nəfər oxuyub

Aznav naviqasiya sistemi

15.03.2018

Mağazanı hədiyyə etmək üçün almışam» - HƏRRACDAN REPORTAJ

http://aznav.azƏmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) fevralın 21-də keçirdiyi özəlləşdirmə hərracı bəzi investorların olduqca sərfəli qiymətə əmlak alması ilə yadda qaldı. Qeyd edək ki, ənənəvi olaraq hər həftənin ikini günü Hərracların Təşkili üzrə Auksion Mərkəzində baş tutan bu dəfəki hərraca ümumilikdə 148 dövlət əmlakı çaxarılmışdı.     

Hərracda qiymət addım-addım artır  Bunlar 25 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi, 67 kiçik müəssisə və obyekt, 54 istifadəsiz qeyri-yaşayış sahəsi, eləcə də 2 yarımçıq tikili idi. Özəlləşməyə çıxarılan əmlakların 72-si Bakıda yerləşən obyektlər və qeyri-yaşayış sahələri idi.  Xatırladaq ki, hərraclarda dövlət əmlakının satışı prosesi sadədir: əmlaka ilkin qiymət qoyulur, hərrac zamanı rəqabət olduqda iştirakçılar qiyməti addım-addım artırırlar. Sonda ən yüksək qiymət təklif edən alıcı qalib gəlir. Budəfəki hərracda da həmin qaydalar tətbiq edildi. 

 

 5 əmlak rəqabətlə satıldı  Hərrac komissiyası və iştirakçılar yerlərini tutduqdan sonra komissiya elan etdi ki, satışa çıxarılan 2 əmlak üzrə hərraca 3 sifariş, digər 3 əmlak üzrə isə 3 sifariş daxil olub. Bu da onların qiymətinin artacağını deməyə əsas verir.  Hərrac kiçik müəssisə və obyektlərinin satışı ilə başladı. Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.M. Əbdülhəmidov küçəsində yerləşən mağaza satışa çıxarıldı. Sahəsi 45,6 m2 olan obyektə 2 900 manat ilkin qiymət qoyulmuşdu. Onu almaq üçün hərraca 1 nəfər qatıldı, başqa iddiaçı olmadığından mağaza elə ilkin qiymətə həmin şəxsə satıldı.  Siyahıda ikinci əmlak Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 96 saylı mağaza idi.   Qəsəbənin 28 may küçəsində obyektin sahəsi 324,6 m2, əmlakın ilkin satış qiyməti isə 34 min manat müəyyən edilmişdi. Obyekti almaq üçün 2 nəfər iddia edirdi. Onlardan biri hərraca elektron üsulla – onlayn qatıldı. Lakin həmin iştirakçı əmlakın qiymətinin artırılmasına cəhd etmədi, ona görə də bu hərracda 4 saylı iştirakçı qalib elan edildi.  Daha sonra qeyri-yaşayış sahələrinin satışı ilə davam edən hərraca Suraxanı rayonu Hövsan qəsəbəsindəki  yarımzirzəmi çıxarıldı. Sahəsi 28,2 m2 olan obyektin ilkin satış qiyməti 3 500 manat idi. Onu almaq üçün 1 nəfər iddia edirdi və rəqibi olmadığından həmin şəxs sonda qalib oldu.  Nəsimi rayonu Seyidzadə küçəsindəki zirzəmi isə 6 saylı iştirakçıya çatıldı. Sahəsi 32 m2 olan qeyri-yaşayış sahəsi 4 500 manatdan başlayan qiymətlə hərraca çıxarılmışdı və elə həmin qiymətlə də satıldı.   «Gülşən Ətir»in 30%-i sahibini tapdı  Sonda səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə hərrac keçirilib. Bu dəfə Zaqatala rayonundakı «Gülşən Ətir» ASC-nin səhmləri hərraca çıxarıldı. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı  310 442,20 manat, səhmlərinin ümumi sayı 310 442-dir.

 

Satışa çıxarılan səhmlərin sayı isə 93 133 ədəd, yəni ümumi səhmlərin 30%-i qədər idi. Satışa çıxarılan səhmləri almaq üçün ilkin satış qiyməti 46 566,50 manat elan edilib. Onu almaq üçün bir nəfər iddia edib, başqa iddiaçı olmadığından ASC-nin səhmləri 3 saylı biletin sahibinə satılıb.  «Mağazanı hədiyyə etmək üçün aldım» - HƏRRAC QALİBİ  Əmlak alanlar hərracın nəticələrindən razı idilər. Maştağadakı mağazanı alan Sabunşu rayon sakini Fariz Sultanəhmədi istəyinə nail olduğundan məmnun qalmışdı: «Mən ilk dəfədir ki, əmlak hərracında iştirak edirəm. Hərrac tam şəffaf şəraitdə  keçdi. Doğrusu, buna inanmırdım. Ancaq hər şey qaydasında idi. Fikirləşdim ki, başqa rəqiblər çıxa bilər. Ancaq belə olmadı və mən istəyimə nail oldum».  Mağazanın təyinatının dəyişdirilıb-dəyişdirilməyəcəyinə gəlincə, F.Sultanəhmdi deyib ki, bu barədə hələ qərar verməyiblər. Çünki mağazanı yaxın adamına hədiyyə etmək üçün alıb: «Mən bu mağazanı yaxın adama hədiyyə üçün almışam. Onu necə istifadə etmək barədə qrarı da həmin şəxs verəcək».  Fariz Sultanəhmədi gələcəkdə də özəlləşmə hərraclarında iştirakedəcəyini istisna etməyib: «Büdcəmə uyğun əmlak olarsa yenə də iştirak edə bilərəm».  Səhmlərimiz 70% idi, 100% etdik  «Gülşən Ətir» ASC-nin səhmlərini isə müəssisənin əsas səhm paketinə nəzarət edənlər alıb. İdarə heyətinin sədri Nadir Cəbrayılov bildirib ki, müəssisənin kollektivi indiyədək «Gülşən-Ətir»in 70% səhmlərinə sahib idi: «Biz müəssisəni hələ 2002-ci ildə özəlləşdirmişik, amma səhmlərin 30%-i hələ dövlətə məxsus idi. Son dövrlər ölkədə biznesə, yerli istehsala dəstəyin artması yeni imkanlar yaratdı. Və qərara gəldik ki, qalan səhmləri də alıb fəaliyyətə başlayaq».  Sonra qaliblər  ayrı-ayrılıqda hərrac protokollarına imza atıblar. Qeyd edək ki, protokol imzalanmadıqda həmin əmlak alıcıya verilmir və ödənilən beh geri qaytarılmır.    Xatırladaq ki, özəlləşdirmə hərraclarına qatılmaq çətin deyil. Hərracların vaxtı və burada satışa çıxarılan əmlakların siyahısı komitənin rəsmi internet səhifəsində (emdk.gov.az) və komitəni7n özəlləşdirmə portalında (privatization.az) göstərilir. Hərraca qatılmaq istəyənlər almaq istədikləri əmlakı seçib, onun qiymətinin 10% qədər beh ödəməklə qeydiyyatdan keçə bilərlər. Amma qeydiyyat prosesi hərraca 3 iş günü qalanadək başa çatmalıdır.  Hərraca həm birbaşa Auksion Mərkəzinə gəlməklə, həm də onlayn qatılmaq olar. Bundan başqa, istənilən şəxs, hərracın gedişini həm Auksion Mərkəzində, həm də internetdən canlı izləyə bilər.