Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

Əmlakın ilkin qeydiyyatda rekord

 

Ötən il Azərbaycanda 60 min əmlak sənədləşdirilib

Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən əmlakın qeydiyyatının sadələşdirilməsi və bu barədə mütəmadi aparılan maarifləndirmə kampaniyaları əhalinin əmlakın sənədləşdirilməsinə marağını artırıb. 2017-ci ilin 11 ayında ölkədə 59 mindən artıq əmlak sənədləşdirilərək leqal əmlak dövriyyəsinə daxil edilib. Müşahidələr göstərir ki, bu proses davamlıdır və qarşıdakı aylarda qeydiyyat göstəriciləri daha da artacaq.

Beləliklə, ƏMDK-nin məlumatlarına görə, 2017-ci ilin dekabr ayında ölkədə 18 079 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu ötən ilin dekabrına nisbətən təqribən 10% artıqdır. Aparılan qeydiyyatın 5 941-i (32,9%) ilkin, 12 138-i (67,1%) təkrar qeydiyyata aiddir. Dekabrda 15,5 min əmlaka texniki pasport, 11,5 min müayinə aktı tərtib edilib, 382 yüklülük, 3,8 min ipoteka qeydə alınıb. Ötən ay məhdudlaşdırmaya dair 15,6 min arayış, əhaliyə xidmətlə bağlı isə 1,7 min müxtəlif arayışlar verilib. Ötən ilin dekabrı ilə müqayisədə əmlakın ilkin qeydiyyatı 9%, təkrar qeydiyyatı isə 10% artıb. Dekabrda texniki pasportların sayı 14%, ipoteka qeydiyyatı 19%, yüklülük 23% artıb (Cədvəl 1.).

Dekabrda mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 422-si fərdi yaşayış və bağ evi, 5 278-i mənzil, 8,6 mini torpaq sahəsi, 329-u qeyri-yaşayış binası, 392-si qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 14-ü çoxmərtəbəli yaşayış binası, 6-sı isə çoxillik əkmə olub. Ötən ilin dekabrı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 4%, mənzillərin qeydiyyatı 16%, torpaqların qeydiyyatı 7,5% artıb (Cədvəl 2.).

Ümumilikdə, 2017-də ölkədə 196,9 min əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 14,5% artıqdır. Qeydiyyatdan keçən əmlakın 59,1 mini (30%) ilkin, 137,8 mini (70%) təkrar qeydiyyatdan keçib. 2016-cı ilə nisbətən ilkin qeydiyyat 18,5%, təkrar qeydiyyat 13% artıb.

Bu dövrdə 170 minə yaxın texniki pasport, 130 min müayinə aktı tərtib edilib, dövlət reyestrindən məhdudlaşmaya dair 157 minə yaxın, əhaliyə xidmətlə bağlı 46,7 min arayış verilib, 38,5 min ipoteka, 3,5 min yüklülük qeydiyyata alınıb.

2016 ilə müqayisədə texniki pasportların sayı 18%, ipoteka qeydiyyatı 8% artıb, yüklülük 2 dəfə azalıb (Cədvəl 3.)

Yanvar-dekabr aylarında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 37,7 mini fərdi yaşayış və bağ evi, 52 mini mənzil, 98 mini torpaq sahəsi, 3,6 mini qeyri-yaşayış binası, 3,6 mini qeyri-yaşayış sahəsi, 770-i əmlak kompleksi, 146-sı çoxmərtəbəli yaşayış binası, 163-ü çoxillik əkmə olub.

2016-cı illə müqayisədə fərdi evlərin və mənzillərin qeydiyyatı 18%, torpaqların qeydiyyatı 10%-dən çox artıb. Ən böyük artım çoxmərtəbəli yaşayış binalarında qeydə alınıb  - 5,2 dəfə. Ümumilikdə isə torpaq sahələrinə olan böyük maraq özünü 2017-ci ildə də büruzə verib. Ötən il daşınmaz əmlakın qeydiyyatının yarısı torpaqların payına düşüb (Cədvəl 4.).

2017-ci ildə əmlak bazarında regionların payı azalıb. Belə ki, 2016-cı ilin yekunlarına görə, əmlakın qeydiyyatında regionların payı 68% olduğu halda indii bu rəqəm 66,6%-ə enib. Əvəzində Bakının əmlak bazarındakı payı 32%-dən 33,4%-ə yüksəlib. Ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Bu dövrdə qeydiyyatdan keçən 146 çoxmərtəbəli binanın isə 110-u Bakıda, digər yarısı regionlarda yerləşir (Cədvəl 5.).

2017-də ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 ərazi idarəsinin 16-da daşınmaz əmlakın qeydiyyatının artımı, 2 ərazi idarəsində isə azalması müşahidə edilib. Qeydiyyatın ən böyük artımı Bakı (39,4%), Zaqatala (33,2%) və Beyləqan (23,8%) ərazi idarələrində qeydə alınıb. Qeydiyyatın azalması isə Yevlax (7,8%) və Şirvanda (4,8%) baş verib.

Yanvar-dekabr aylarında daşınmaz əmlak üzərində qeydə alınan mülkiyyət hüquqlarının 30%-i ilkin qeydiyyatın payına düşür. İlkin qeydiyyatın ən yüksək payı Zaqatala (42,6%), Sumqayıt (38,3%) və Şəki (34,8%) ərazi idarələrində qeydə alınıb.

Ümumiyyətlə 18 ərazi idarəsinin 7-sində ilkin qeydiyyatın payı 30% və ondan yuxarıdır. Bakıda isə ilkin qeydiyyat ümumi qeydiyyatın 33,8%-i qədərdir.

2017-ci ildə ölkə üzrə 14 893 mənzil özəlləşdirilib. Ötən ilin müvafiq dövrünə nisbətən özəlləşdirilmiş mənzillərin sayı 36,9% artıb. Ümumilikdə, özəlləşdirmə başlayandan 2018-ci il yanvarın 1-dək ölkə üzrə 543 585 mənzil özəlləşdirilib.

  

Cədvəl 1. 2017-ci ilin dekabr ayında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas göstəriciləri

 Göstəricilər

 dekabr, 2017

 dekabr, 2016-ya nisbətən dəyişmə

1

Mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 

18 079

9,8%

 

o cümlədən,

ilkin qeydiyyat

5 941

9,0%

 

təkrar qeydiyyat

12 138

10,1%

2

Texniki pasportların sayı

15 554

14,1%

3

Yüklülük (icarə, istifadə)

382

23,6%

4

İpoteka qeydiyyatı

3 775

19,0%

5

Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış

15 569

30,1%

6

Əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar

1 666

12,0%

7

Müayinə aktı

11 480

8,2%

 

Cədvəl 2. 2017-ci ilin dekabr ayında hüquqların dövlət qeydiyyatının əmlak bölmələri üzrə hesabatı

 Göstəricilər

 dekabr, 2017

 dekabr, 2016-ya nisbətən dəyişmə

 

Cəmi (Qeydiyyat üzrə)

18 079

9,8%

1

Fərdi yaşayış və bağ evi

3 422

3,9%

2

Mənzil (özəlləşdirmə)

5 278

16,0%

3

Torpaq sahələri

8 579

7,5%

4

Qeyri yaşayış binası

329

9,3%

5

Qeyri-yaşayış sahəsi

392

52,5%

6

Əmlak kompleksi

59

-14,5%

8

Çoxmərtəbəli yaşayış binaları

14

2,3 dəfə

9

Çoxillik əkmələr

6

-45,5%

 

Cədvəl 3. 2017-ci ilin yanvar-dekabr aylarında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas göstəriciləri

 Göstəricilər

Yanvar- dekabr,  2017

Yanvar-dekabr 2016-ya nisbətən dəyişmə

1

Mülkiyyət hüquqları üzrə

dövlət qeydiyyatının sayı 

196 931

14,5%

 

o cümlədən, ilkin qeydiyyat

59 143

18,5%

 

                  təkrar qeydiyyat

137 788

12,9%

2

Texniki pasportların sayı

169 323

18,3%

3

Yüklülük (icarə, istifadə)

3 573

2 dəfə azalıb

4

İpoteka qeydiyyatı

38 533

7,8%

5

Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış

156 976

21,5%

6

Əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar

46 717

15,2%

7

Müayinə aktı

130 295

15,1%

 

Cədvəl 4. 2017-ci ilin yanvar-dekabr aylarında hüquqların dövlət qeydiyyatının əmlak növləri üzrə hesabatı

Əmlak Bölmələri

Yanvar- dekabr, 2017

Yanvar-dekabr 2016-ya nisbətən dəyişmə

 

Cəmi (Qeydiyyat üzrə)

196 931

14,5%

1

Fərdi yaşayış və bağ evi

37 714

17,8%

2

Mənzil (özəlləşdirmə)

52 085

18,0%

3

Torpaq sahələri

98 764

10,3%

4

Qeyri yaşayış binası

3 625

31,1%

5

Qeyri-yaşayış sahəsi

3 664

35,0%

6

Əmlak kompleksi

770

23,0%

8

Çoxmərtəbəli yaşayış binaları

146

5,2 dəfə

9

Çoxillik əkmələr

163

53,8%

 

Cədvəl 5. 2017-ci ilin yanvar-dekabr aylarında hüquqların dövlət qeydiyyatının əmlak bölmələri, Bakı və regionlar üzrə hesabatı

Əmlak Bölmələri

Ölkə üzrə

Bakı üzrə

Sayı

Bakı üzrə

%

 

Cəmi (Qeydiyyat üzrə)

196 931

65 787

33,4%

1

Fərdi yaşayış və bağ evi

37 714

12 541

33,2%

2

Mənzil (özəlləşdirmə)

52 085

36 956

70,9%

3

Torpaq sahələri

98 764

11 627

11,8%

4

Qeyri yaşayış binası

3 625

1 179

32,5%

5

Qeyri-yaşayış sahəsi

3 664

3 112

84,9%

6

Əmlak kompleksi

770

265

34,4%

8

Çoxmərtəbəli yaşayış binaları

146

107

73,3%

9

Çoxillik əkmələr

163

-

-

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: Əmlak Məsələləri Dövlət Komitəsi