Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

Özəlləşdirmə hərracları rəqabətli başlayıb

 

Dövlət əmlaklarının özəlləşdirilməsi üçün keçirilən hərraclar 2018-ci ildə rəqabətli başlayıb. ƏMDKnin məlumatına görə, yanvarın 9-u, 16-sı və 23-də keçirilən hərraclara nvestorların marağı böyük olub.

Yanrvarın 9-da keçirilən hərracda Nərimanov rayonundakı 50 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin qiyməti 15 min  manatdan ¬¬31 min 150 manata yüksəlib. Digər obyektin qiyməti isə 14 min manatdan 32 min manata yüksəlib.

Elə həmin hərracda «QAZ-3102» avtomobilinin qiyməti 2 min manatdan 3800 manata, «Nissan Maxima»nın qiyməti isə 2,8 min manatdan 5050 manata yüksəlib. Ümumilikdə yanvarın 9-da Bakıda və bölgələrdə yerləşən 21 əmlak satılıb.

Yanvarın 16-da keçirilən hərracda isə 11 əmlak özəlləşdirilib. Elektron hərracın tətbiq edildiyi bu hərracda da rəqabət əmlakların qiymətini artırıb. Belə ki, Xətai və Nəsimi rayonlvrındakı rayonundakı qeyri-yaşayış sahələrinin qiyməti 12,5 min manatdan 17 min və 17,2 min manata yüksəlib. 

Fevralın 13-də keçiriləcək hərraca isə 246 əmlak çıxarılıb. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir. Onların arasında «Azinterservis», «Bərdə Kərpic», «Çatal Broyler», eləcə də Sumqayıtdakı «Bolluq» bazası kimi müəssisələr var.

Hərracda ən bahalı əmlak «Bolluq» bazası (444 min manat), ən ucuz əmlak isə Şirvandakı qeyri-yaşayış sahəsi (1875 manat) və Bakının Qaradağ rayonundakı qeyri-yaşayış sahəsidir (4500 manat).

Fevralın 20-də keçiriləcək hərraca isə 148 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyətləri, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan SC sırasında «Salyan Broyler», «Qax Taxıl», «Zərdab Aqrotexservis», «Bərəkət», «Ağdaş Quşçuluq», «Yevlax Yük Avtonəqliyyat», «Cəlilabad Məişət» kimi müəssisələr var.

Mingəçevirdə yerləşən Quşçuluq təsərrüfatı, eləcə də Şəki istirahət zonası investorlar üçün sərfəli əmlaklar sayıla bilər. Əmlakın ümumi faydalı sahəsi 372 m2, torpaq sahəsi isə 10 min m2-dir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi  əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.