Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

2017-də xarici daşınmaz əmlak bazarında əsas hadisələr

2017-də xarici daşınmaz əmlak bazarında əsas hadisələr

Ötən il xarici ölkələrin daşınmaz əmlak bazarında müxtəlif hadisələrlə – qanunvericiliyə dəyişikliklərdən tutmuş böyük endirimlərə qədər - zəngin oldu.  2017-ci ildə invesotrları və əmlak alıcılarını daha çox maraqlandıran hadisələri bir daha yada salaq.

 Yanvar

2017-ci ilin əvvəlində hamı səbirsizliklə gözləyirdi ki, Türkiyə investisiya yatırımına görə, vətəndaşlığın qiymətini açıqlayacaq. Ölkədə investisiyaya görə pasport verilməsi ideyası hələ 2015-ci ildən irəli sürülmüşdü. Nəticədə yanvarın ortalarında elan edildi ki, burada 1 milyon dollarlıq əmlak alanlar vətəndaşlıq qazanacaqlar. Doğrudur, Türkiyədə vətəndaşlıq aliaq qiyməti Kipr və Malta kimi məşhur ölkələrdən daha yüksəkdir. Amma potensial alıcıları üçün yeni imkan yarandığı şübhəsizdir.

 Fevral

Honkonqda cəmi 2 kvadrat sahəsi olan mənzillərin satışı başlandı. Şəhərdə icarə haqları yüksək olduğuna görə, mənzillər getdikcə kiçilir ə nəticədə sahəsi 2 kvadratmetrə enir. Amma hətta belə mənzillərə də (əgər onlara mənzil demək mümkündürsə) böyük tələbat var. Son statistik məlumatlara görə, belə mənzillərdə 200 minə yaxın insan yaşayır. Amma bu da hələ hamısı deyil. JLL şirkətinin proqnozlarına görə, hökumətin bütün cəhdlərinə baxmayaraq yerli daşınmaz əmlak bazarında qiymətlər bir qədər də yüksələcək.

 Mart

Yaz ayları gələcək üçün plan qurmaq dövrüdür. Bu xüsusilə xaricdə kurort əmlakı almağa aiddir. Ona görə də təəccüblü deyil ki, ötən ilin martında bazarın əsas xəbəri İspaniyadakı girov əmlaklarının 40% endirimlə satışa çıxarılması oldu. Geniş miqyaslı aksiyanın müəllifləri BMN bankı və Casaktua əmlak prtalı oldu. Bu aksiya çərçivəsində müştərilərə İspaniyanın məşhur turizm və kurort bölgələri sayılan – Mursiya, Əndəlus, Valensiya, Madrid, eləcə də Kanar və  Balear adalarında 1400-ə yaxın əmlak təklif edildi. Bu kampaniya zamanı xarici alıcılar mənzil, şale, mansardalar, studiyalar və loftlar ala bildilər. Qiymətlər isə bazardakı orta həddən 20 min avro aşağı idi. Əla təklif olduğunu qeyd etməmək mümkün deyil.

Aprel

Aprelin ən maraqlı xəbəri Avropa Parlamentinin Ukrayna vətəndaşları üçün viza tələbini aradan qaldırması oldu. Bu qərar ukraynalılar Şengen bölgəsində yarım il ərzində 90 gün vizasız qala biləcəklər. Ukrayna vətəndaşlarının bir hissəsi bu qərardan dərhal yararlandılar. Belələri artıq yay aylarında Avropa səyahətinə çıxa bilmişdilər.

 May

May ayında RE/MAX şirkəti Avropada ev almaq üçün ən əlçatan şəhərlərin reytinqini tərtib etdi. Analitiklər qitənin 18 şəhərində sakinlərin əmək haqqı və mənzillərin bir kvadratmetrinin qiymətini müqayisə edərək, insanların ev almaq imkanlarını araşdırdılar. Məlum oldu ki, bu sahədə ən yaxşı göstərici Şotlandiyanın Edinburq şəhərindədir.. Burada hər bir sakin aylıq əmək haqqı ilə bir kvadratmetr mənzil ahəsi ala bilər. Sonrakı yerləri qiymətlərin ucuzluğu ilə seçilən şəhərlər - Afina, Madrid, Amsterdam, Roma və Lissabon tuturlar.

 İyun

İyun ayı maliyyə sekorunda mühüm fiqurlardan birinin daşınmaz əmlak bazarı ilə bağlı proqnozu ilə yadad qaldı. Məşhur rusiyalı milyardçı, internet bankın təsisçisi və sahibi Oleq Tinkov müsahibələrindən birində Qərbdəki daşınmaz əmlaka yatırım etməyi məsləhət gördü. İnternet maliyyəsi kimi müasir sahənin təmsilçisinin əmlaka investisiyanı uğurlu yatırım sayması alıcılar üçün mühüm siqnal oldu.

 İyul

Xaricdə əmlak alanların bir qismi bunu yaşlı dövrlərini həmin ölkədə keçirmək istəyi ilə edir. Ona görə də iyulda açıqlanan qlobal pensiya indeksi persiyaçılarla yanaşı əmlak alıcılarının da diqqətini cəlb etdi. İndeksə əsasən, pensiya yaşlı şəxslərin ən yaxşı müdafiə olunduğu ölkələr Avropanın şimalındadır. Bunlar  Norveç, İsveçrə, İsveç və İslandiyadır.

 Avqust

Ölkənin daxıqmaz əmlak sektoruna xarici investisiyaların axını iqtisadiyyat üçün əla xəbər olsa da, yerli əhaliyə problem də yarada bilər. 2017-ci ildə bu hal Gürcüstanda müşahidə edildi. Qonşu ölkənin turizm sektorundakı inkişaf bura xarici investorların diqqətini cəlb etsə də, evlərin bahalaşmasına və əhaliyə çətinlik yaranmasına səbəb oldu. Avqustda Gürcüstanın GDG tikinti şirkətinin rəhbəri Beki Tsakadze elan edib ki, xüsusilə Tbilisinin mərkəzi ərazilərində emiqrantların və xarici investorların sayının artması və qiymətlərin yüksəlməsi nəticəsində yerli əhali bu ərazidə mənzil ala bilmir.

 Sentyabr

Bir qədər əvvəl Azərbaycandan birbaşa təyyarə reyslərinin açıldığı Bolqarıstanda Avropanın ən sərfəli dağ-xizək kurortlarından olan Bansko yerləşir. Ötən ilin sentyabrında buradakı mənzillərin 50-60%-lik endirimli satışı baş verdi. Ucuzlaşmanın əsas səbəbi vaxtilə burada çoxlu sayda əmlaklara sahib olan britaniyalı investorların bazardan çıxması idi. Bir qədər əvvəl Breksit və funt-sterlinqin dəyərinin düşməsi ilə Britaniyalı investorlar Bolqrıstandakı, o cümlədən Banskodakı əmlaklarını satmağa başladılar.

 Oktyabr

Payızın ortalarında «UBS Group»un analitikləri qiymət «köpüyü» yaranması riski olan şəhərləri açıqladılar. Bu məlumat onun üçün qiymətlidir ki, hər hansı şəhərə investisiya yatıran alıcı qiymətlərin şişirildiyini və bir qədər sonra enə biləcəyini pronnozlaşdıra bilsin. Hesabata görə, əmlakın ucuzlaşacağı ilə bağlı ən riskli şəhərlərin siyahısına Toronto, Stokholm, Münhen, Vankuver, Sidney, London, Honkonq və Amsterdam daxildir. Belə ki, bu şəhərlərdə əmlak 2011-ci ildən bəri 50% bahalaşıb.

Daha 7 şəhər - Paris, San-Fransisko, Los-Anceles, Sürix, Frankfurt, Tokio və Cenevrə isə «köpüyə» yaxınlaşıblar. Yalnız Çikaqo – qiymətləndirilməmiş bazardır. Yəni buradakı əmlakların qiymətinin nəinki ucuzlaşmaq riski yoxdur, hətta artım ehtimalı var.

 Noyabr

Avropanın daşınmaz əmlak bazarı kənardan aktiv görünsə də, əslində bəzi ərazilərdə böyük boşluqlar da var. Belə ki, noyabr ayında məlum oldu ki, qitənin bəzi ölkələrindəki mənzillərin bir hisəsi boşdur. Məsələn, Bolqarıstanda ev və mənzillərin 3-də biri boş qalıb. Bu barədə Dünya Bankının Bolqarıstanın Regional inkişaf və ictimai işlər nazirliyi üçün hazırladığı hesabatda bildirilir. Bazar araşdırmaları göstərib ki, Sofiyada evlərin 24%-i boşdur, regionlarda isə bu rəqəm 43%-ə çatır. Ümumilikdə bu ölkədə 1,2 milyon ev boş qalıb və bu da «qaranlıq pəncərə» sindromunun yaranmasının işarəsidir.

 Dekabr

İlin sonuncu ayı yekun vurmaq üçün əlverişli dövrdür. Məhz bu zaman Avropanın daşınmaz əmlak bazarında maraqlı yenilik baş verdi. Son illər sürətlə populyarlaşmaqda olan Portuqaliya xarici investorların «qızıl viza» alması üçün yeni imkan təqdim etdi. Yeni şərtlərə görə, 2017-ci ilin sonundan etibarən Portuqaliyada yeni və ya köhnə şirkətə 350 min avro yatıran xarici investorlar bu ölkədə müvəqqəti yaşayış izni alacaqlar. İndiyədək bu məbləğ 500 min avro idi. Əas tələb, azı 5 iş yerinin ya yaradılması, ya da qorunub saxlanılmasıdır.