Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Brexit  mane olmadı - London yenə 1 nömrəli bazardır

Britaniyanın Avropa İttifaqından ayrılmasını nəzərdə tutan Brexit referendumunun nəticələrinə baxmayaraq London yenə də kommersiya obyektlərinə yatırımın həcminə görə, dünyada birinci yeri tutur. «JLL» araşdırma şirkətinin Davos Forumunda təqdim etdiyi hesabata görə, Brexit referendumu Londona kommersiya əmlakına yatırıman həcminə görə, dünya şəhərlərinin reytenqinə başçılıq etməyə manne olmayıb.

«2017-ci ildə Londonun kommersiya daşınmaz əmlak bazarında investisiya müqavilələrinin həcmi 2016-cı illə müqayisədə 35% artaraq 33 milyard dollara çatıb. İkinci yeri Los-Anceles (23 milyard dollar) tutur. Ötənilki lider Nyu-York isə 21 milyard dollpar nəticə ilə üçüncü yerə düşüb»-deyə hesabatda bildirilir.

Ümumilikdə 2017-ci ildə dünyadakı kommersya obyektlərinə 700 milyard dollar yatırılıb. 2018-ci ildə isə bu yatırımların həcminin azalacağı gözlənilir, səbəbi bəzi ölkələrdə tətbiq edlən məhdudiyətlərdir.