Ən yeni xəbərlər
177 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Ölkəni rahat gəzmək üçün təkərli ev düzəldildi

3 həvəskar sahibkar tərəfindən yaradılmış Sinqapurun «Big Tiny» şirkəti Avstraliyada təkər üzərində evlərin satışına başlayıb. Kiçik evlər ən yüksək ekoloji tələblərə cavab verir, üstəlik kiçik evlər konsepsiyası əsasında layihələndirilib. Sahibkarlar hesab edir ki, bu evləri Avstraliyanı gəzməyə gələn turistlər kirayələyəcəklər.

Artıq belə evlərin ilk sahibləri evləri yanvarın sonunda alacaq. «The Straits Times» yazır ki, bunlar Avstraliyanı gəzməyə hazırlaşan sinqapurlulardır. «Big Tiny» evlərini 80 min dollar almaq və ya Booking.com, ya da Airbnb saytları ilə gecəsi 150 dollardan kirayələmək olar.

Evləri iki variantda buraxılıb. Sahəsi 17 kvadrat olan evlərdə iki nəfər qala bilər. 22 kvadratlıq evlər isə 4 nəfərlikdir. Burada normal yataq otaqları, günəş panelləri, yağış suyu yığmaq üçün sistem və ayaqyolları var. Evciklərdə istilik sistemi, kondisionerlər, ehtiyat generatorlar, tam təmin edilmiş mətbəxlər, duş, televizor, yığılan çarpayılar və sair var.

Şirkətin sahiblərindən biri Adrian Çia deyir ki, «kisik evlər ABŞ-da hələ 3-4 il əvvəl məşhurlaşmağa başlayıb, Avstraliya və digər evlərdə isə onlar hələ indii tanınır. İnsanlar böyük evləri kiçiyə dəyişirlər ki, həyatlarını yüngülləşdirsinlər. Biz isə belə evlərlə səyahət də təklif edirik».

Şirkət sahibləri təkcə bu evləri satmırlar, onlar həm də Avstraliyadakı torpaq sahibləri və fermerlərlə razılaşıblar ki, onlar turistlərin təkərli evlərinin bir neçə günlüyə öz torpaqlarında qalmalarına mane olmasınlar.