Ən yeni xəbərlər
259 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Şotlandiyada öz gölü olan ada yarı qiymətə satılır

 

Şotlandiyada içərisində göl və fermer təsərrüfatı olan ada Londondakı evin yarı qiymətinə satılır. The Daily Mail xəbər verir ki, sahəsi 25 hektar olan Linqa adası buradakı özəlliklərə baxmayaraq cəmi 350 min dollara satılır. Bu, Londondakı mənzillərin orta qiymətinin yarısı qədərdir.

Adanın yeni sahibi buraya gedib-gəlmək üçün şəxsi qayığa sahib olmalı, eləcə də adada səliqə-sahman yaratmalıdır – buradakı iki kottecdə yaşayış üçün yararlı şərait yoxdur. Əvəzində adanın sahibinə burada tikinti işləri aparmaq üçün icazə veriləcək. Ən maraqlısı odur ki, coğrafi cəhətdən Linqa adası Şotlandiyadan çox, Norveçə yaxındır. Adaya ən yaxın yaşayış məntəqəsi 500 sakini olan qonşu adadır. Burada daimi yaşayış 1934-cü ildən kəsilib. Burada əhalinin əsas məşğuliyyəti balıqçılıq və bərpa olunan enerji mənbələridir. Eləcə də bu adalarda məşhur şotland poniləri və itləri yetişdirirlər.