Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Avropanın ən bahalı şəhərləri – ELİT KİRAYƏ QİYMƏTLƏRİ

 

«ECA International» agentliyinin ekspertləri Avropanın müxtəlif şəhərlərinin elit mənzillərinin icarəsi bazarını araşdıraraq ən yüksək icarə haqları üzrə reytinq tərtib ediblər.

Araşdırma zamanı nümunə olaraq həmin şəhərlərdə 3 otaqlı mənzilin orta icarə haqqı götürülüb. Ən bahalı 10 şəhər bunlardır:

London

Böyük Britanya və İrlandiya Birləşmiş Krallığının paytaxtı və dünyanın daşınmaz əmlak mərkəzi. London qlobal mərkəzlərdən biri və dünyanın aparıcı maliyyə mərkəzi sayılır. Ölkə iqtisadiyyatının 20%-i Londonun payına düşür. Burada orta seqmentə aid 3 otaqlı mebelsiz mənzilin kirayəsi 5400 funt sterlinqə başa gəlir. Elit 3 otaqlının aylıq kirayəsi isə 6500 funtdur.

 

Moskva

Rusiyanın paytaxtı, siyasi-iqtisadi və nəqliyyat mərkəzi. Şəhərdə 6 aeroport və 9 dəmiryol vağzalı var. Burada 3 otaqlı elit mənzilin kirayəsi 5 min funtdan artıq qiymətə başa gələcək.

 

Sürix

İsveçrənin şial-şərqində şəhər, alman dilli Sürix kantonunun paytaxtı. Qlobal şəhərlərdən sayılır, İsveçrənin ən böyük maliyyə mərkəzidir: burada ölkənin ən büyük sığorta şirkəti və banklarının (o cümlədən UBS və Credit Suisse) mərkəzi ofisi, İsveçrə Fond Birjası və Mərkəzi Bankın mənzil qərargahlarından biri yerləşir. Sürixdə 3 otaqlı elit mənzilin aylıq kirayəsi 4,6 min funta başa gəlir.

 

Cenevrə

İsveçrənin və dünyanın ən mühüm şəhərlərindən biri. Burada çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Avropa bölməsinin, Qızıl Xaç, Dünya Ticarət Təşkilatı, Dünya Səhiyyə Təşkilatının mərkəzi ofisləri də buradadır. Cenevrə həm də dünyanın maliyyə mərkəzlərindən biri sayılır, şəhərin yaxınlığında dünyanın ən böyük kvant laboratoriyalarından iri - Böyük Adron Kollayderi yerləşir. Bu şhərdə 3 otaqlı elit evin aylıq kirayəsi 4,5 min funtdur.

 

İstanbul

Türkiyənin ən böyük şəhəri, ticarət, sənaye və turizm mərkəzi, əsas limanı. Türkiyədəki vergilərin 40%-i İstanbuldan toplanır. Şəhərdə 30 milyarder yaşayır. Elit 3 otaqlı kirayələmək isə 4 min funta başa gəlir.

 

Kiyev

Ukraynanın paytaxtı, ən byöük şəhəri və sənaye mərkəzi, əsas nəqliyyat qovşağıdır. Burada 3 otaqlı elit evin kirayəsi 3,5 min funtdur.

 

Paris

Fransanın paytaxtı, əsas siyasi, iqtisadi, mədəni və turizm mərkəzi. Qlobal şəhərlərdən sayılır, burada müxtəlif təşkilatların o cümlədən YUNESKO-nun baş ofisi yerləşir. Elit evlərin aylıq kirayə haqqı 3,4 min funtdur.

 

Dublin

İrdandiyanın paytaxtı, əsas siyasi, iqtisadi və mədəni mərkəz. Son 10-15 ildə şəhərdə həyat səviyyəsi xeyli yüksəlib. İqtisadi artım tikintini də inkişaf etdirib. Bu şəhərdə 3 otaqlı elit evin aylıq kirayəsi 3,3 min funta başa gələcək.

 

Amsterdam

Hollandiyanın paytaxtı, ən byöük şəhəri, maliyyə və mədəni mərkəzi. Dünyanın ən böyük 500 şirkətindən 7-nin (məsələn, Philips və ING Groep) mərkəzi ofisi buradadır. Eləcə də dünyanın ən qədim fond birjası burada yerləşir. 3 otaqlı elit evin kirayəsi 3,2 min funtdur.

 

Stokholm

İsveçin paytaxtı, ən byöük şəhəri. Burada İsveç kralının iqamətgahı, hökumət və parlament yerləşir. Şəhərə «Skandinaviyanın paytaxtı» da deyirlər. Bu şəhərdə 3 otaqlı evin aylıq kirayəsi 3 miln funta başa gəlir.