Ən yeni xəbərlər
259 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Bakıda kirayə haqları artıb – QİYMƏTLƏR

 2017-ci ildə Bakıda mənzillərin kirayə haqları fərqli dəyişib.  «MBA Group» konsaltinq şirkətinin məlumatlarına görə, orta ayıq kirayə haqqı 0,84%, il ərzində isə 13,85% artaraq 814 manat təşkil edib.

Hər kvadratmetr mənil sahəsinin kirayə qiymətlərində isə il ərzində azalma müşahidə edilib. Şirkətin məlumatına görə, il ərzind Bakıda mənzillərin hər kvadratmetrinin kirayə qiyməti 7,24% azalıb. Əgər 2016-cı ildə paytaxtda bir kvadratmetri mənzilin aylıq kirayə qiyməti 9,2 manat idisə, 2017-ci ildə bu rəqəm 8,53 manata düşüb.

Ucuzlaşmanın əsas səbəbi əhalinin gəlirlərinin azalması və bununla əlaqədar olaraq kirayə mənzillərə tətəbitın da aşağı düşməsidir.

Kirayə haqlarındakı azalma əsasən bahalı evlərə aiddir. Nisbətən ucuz evlərin kirayə haqqında isə artım baş verib.

Belə ki, bahalı seqmentdə (aylıq kirayə haqqı orta hesabla 600 manatdan artıq olanlar) mənzillənrin 1 kvadratmetrinin kirayə qiyməti 8,1%, orta seqmentdə (400-600 manat) 2,89% azalıb.

Aylıq kirayə haqqı 400 manata qələr olan və əhalinin böyük hissəsinin istifadə etdiyi mənzillərin kiraə qiymətində isə artım baş verib – illik 1,24%.

İllik göstəricilər enməyə meylli olsa da, dekabrda kirayə haqlarının ənənəvi artımı da müşahidə edilib.Ötən ay kirayə haqları hər 1 m2-ə görə 0,54% yüksəlib.

N.İbrahimov bahalaşmanın, bir neçə amillə bağlı olduğunu bildirib. Birinci səbəb, bazarın dirçəlməsidir. Mütəxəssis bildirir ki,

Azərbaycanda 2015-ci ildən 2017-ci ilin ortalarına qədər qiymətlər azalırdı və bu prosesin sonu olmalı idi. Həmin məqam 2017-ci ilin ikinci yarısında baş verdi və ilin sonuna doğru qiymətlərdə artım müşahidə edildi.

Kirayə haqlarının artmasının ikinci səbəbi paytaxda köhnə binaların sökülməsidir: «Ucuz evlər, əsasən, Sovetski, Kubinka, Alatava adlanan ərazilərdə,  Yasamal zonasında, Xutorda idi.   Həmin ərazilər də zamanla söküldü. Bununla da  kirayə portfelində ucuz evlərin sayı azaldı. Ona görə də orta və bahalı evlərin payı artır. Bu da orta qiymətin artımına təsir edir».

Kirayə evlərin bahalaşmasının üçüncü səbəbi  insanlarin tədricən mövcud şəraitə uyğunlaşması ilə bağlıdır. N.İbrahimob deyir ki, vətəndaşların gəlirləri artdıqca xərcləri də artır: «Təbii ki, bununla da onlar  artan qiymətlərlə razılaşırlar və tədricən bahalı evlərə gedirlər. Bu da evlərin qiymətinin zamanla artmasına gətirib çıxarır».

Baş direktor kirayə evlərin bahalaşmasının dörüdüncü səbəbini  pilot layihələrin (yəni köhnə binaların sökülərək yerində yeni binaların tikintisi) 2017-ci ilin II yarısında sıçrayışla artması ilə izah edib.

Aylın 12 manat kirayə haqqı

N.İbrahimov bildirib ki, hazırda Bakıda kirayə haqqı ən yüksək olan evlər 3-4 mərtəbəli villalardır: «Belə evlərin kirayə qiyməti təxminən 12 min manatdır. Ancaq o, ən bahalı ev sayılmır. Həmin evlərin sahəsi də böyük olduğuna görə, onun kv.metri üzrə kirayə haqqı 10 manata düşür, bu da böyük rəqəm deyil. Ən yüksək kirayə haqqı – ayda 8-10 min manatlıq – olan villalar Mərdəkanda yerləşir. Ancaq həmin ərazini ən baha zona saymaq olmaz. Keyfiyyətindən, təyinatından, evi kimin kirayələməsindən asılı olaraq zonalarda qiymətlər də müxtəlifdir».