Ən yeni xəbərlər
177 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Bitcoin ABŞ-ın əmlak bazarını dəyişir

«Bitkoin qızdırması» Amerikanın daşınmaz əmlak bazarına ciddi yeniliklər gətirib. Rəqəmsal valyuta ABŞ-da, xüsusilə Florida ştatında populyarlaşaraq, valyuta nəzarətindən və iqtisadi sanksiyalardan ayınmağa çalışan xaricilər üçün ən yaxşı üsula çevrilib.

2017-ci ildə ABŞ-da 75 əmlakın pulu bitkoinlə ödənilib. Belə halar xüsusilə Florida v Kaliforniyada baş verib. Redfin əmlak agentliyinin məlumatına görə, bəzi satıcılar əmlakın satışı zamanı yalnız bitkoinlə ödəniş tələb edirər.  Ekspertlər bildirir ki bitkoinin məzənnəsinin tez-tez dəyişməsinə və satıcıların ehtiyatlı davranmalarına baxmayaraq bitkinlə ödənişlər xaricilər üçün çox sərfəli varianta çevrilib. Söhbət ABŞ-da əmlak almaq istəyən, amma hansısa səbəblərə görə, bunu qanuni edə bilməyən xaricilərdən gedir.

Barri Universitetinin iqtisadçısı və bitkoin üzrə mütəxəssis Çarlz Evans bildirib ki, rəqəmsal vaoyutanın populyarlaşmasının səbəbkarı valyuta nəzarətindən yayınmaq istəyən xarici investorlardır. Məsələ bundaır ki, bəzi ölkələrin hökumətləri vətəndaşlarının xaricə köçürmək istədiyi pulun həcminə limit qoyuğlar. Bitkoin isə bu qadağaları ötüb keçməyə imkan verir. Buna misal olaraq İran və Venesuela kimi ölkələri göstərmək olar.  

Bitkoin xarici investorlar qarşısında daha bir imkan açır – onun vasitəsilə ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrin vətəndaşları da pullarını dövr etdirə və əmlak ala bilirlər.

Əvəzində bitkoinlə əməliyyatlar investorlar üçün başqa problem yarada bilər. Məsələ bundadır ki, bitkoinlə əməliyyatlar blokçeyn sistemində yaddaşda qalır. Nəticədə əmlak sahibləri əmlak satdıqları alıcının əməliyyatlarını rahatca izləyə bilərlər.