Ən yeni xəbərlər
259 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Amerikanlar kirayəyə yarım trilyon dollar xərcləyiblər

Amerika vətəndaşları 2017-ci ildə kiraə haqqı ödəmək üçün 485 milyard dollar xərcləyiblər. «Zillow» şirkətinin hesabatına görə, 43 milyon amerikalı 2017-ci ildə kirayə haqqı kimi 485 milyard dollar ödəyiblər. Bu 2016-cı ildəki rəqəmdən 4,3 milyard dollar artıqdır. Hesabatda deyilir ki, orta hesabla ölkədəki hər bir kirayəçi evə ildə 11300 dollar xərcləyib. Ən varlı kiraynişinlər Nyu-York və Los-Ancelesdə yerləşiblər. Son 10 il ərzində ev almaq deyil, kirayə qalmağa üstünlük verən amerikanların sayı dayanmadan artır. Harvard Universitetinin mənzil tədqiqatları mərkəzinin hesabatına görə, hər il ABŞ-ın kirayə bazarında 1 milyon yeni müştəri yaranır. Yeni müştərilər kirayə ev axtarmaqlarına baxmayaraq hər il daha varlı və daha yaşlı olurlar. Başqa sözlə, getdikcə, ev almaq imkanı olanlar da kirayədə qəlmağa üstünlük verirlər. 

Bundan başqa, hesabata görə, San-Fransiskoda kirayə haqları elə yüksəkdir ki, bu şəhərdəki kirayəçilər Çikaqodakılara nisbətən 616 milyon dollar artıq kirayə haqqı ödəyiblər. Baxmayaraq ki, San-Fransiskoda kirayəçilərin sayı Çikakodan cəmi 467 min nəfər artıqdır.

Belə ki, San-Fransiskoda bir yataq otaqlı ev üçün aylıq kirayə haqqı 3400 dollar, Nyu-Yorkda isə3680 dollardır.

Harvardın hesabatında bildirilir ki, qarşıdakı illərdə kirayədə qalmaq istəyənlərin sayı getdikcə artacaq. Təkcə ona görə yox ki, bu bir həyat tərzinə çevrilir, həm də ona görə ki, hökumət evsizliyin aradan qaldırılması üçün ciddi stimullar təklif etmir. Nəticədə kirayə haqlarının artımı da qaçılmazdır.

Evsizlərin sayının artması isə şəhər rəhbərlərini yeni üsullar axtarıb tapmağa vadar edir. Belə ki, bəzi şəhərlərdə ucuz mənzillərin tikintisi başlanıb, digərləri isə zirzəmi və mansardaları da yaşayış sahələrinə çevirməyə çalışırlar.