Ən yeni xəbərlər
177 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Avropanın hər 6 sakinindən biri kirayəyə ev axtarır

2017-ci ildə Avropa İttifaqının hər 6 sakinindən biri icarə üçün ev axtarıb. Avrostat-ın məlumatına görə, kirayə evlərin onlayn və mobil əlavə vasitəsilə axtarılması ən çox Britaniyada yayılıb. Bu ölkədə hər 3 nəfərdən biri kirayə üçün mobil əlavə yükləyib. Britaniyadan sonra kirayə axtaranların sayına görə, sonrakı yerləri Lüksemburq (əhalinin 22%-i), İrlandiya (21%), Malta (20%) və Hollandiya (20%) tutur.

Amma mobil əlavə vasitəsilə kirayə evləri ən az Çexiyada (1%), Kiprdə (4%), Portuqaliya (6%), Rumıniya (6%) və Xorvatiyada (7%) axtarıblar.