Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Türkiyədə xaricilərə satılan əmlaklar artıb

2017-ci ildə xarici vətəndaşlar Türkiyədə 22 234 əmlak alıblar. Rəsmi məlumatlara görə, qardaş ölkədə ən çox əmlakı iraqlılar alıb. Türkiyə Statistika İnstitutunun məlumatına görə, iraqlılar ötən il Türkiyədə 3805 əmlak, səudiyyəlilər 3445, küveytlilər 1691, ruslar 1331, əfqanlar isə 1078 əmlak alıblar. Xaricilər ən çox amlakı İstanbulda  alırlar – ötən il bu şəhərdə 8182 daşınmaz əmlak satılıb. Əmlak satışının sayına görə sonrakı yerləri Antalya (4 707), Bursa (1474) və Yalova (1 079) tutur.

Qeyd edək ki, 2016-cı ildə, siyasi qeyri-sabitlik nəticəsində xaricilərə əmlak satışı əvvəlki ilə nisbətən 20% azalaraq 18 189-a düşmüşdü. 2017-ci ildə isə, göründüyü kimi, xaricilərin Türkiyədəki əmlaka marağı yenidən artıb. 

Ümumilikdə, 2017-ci ildə Türkiyədə əmlak satışları 5,1% artaraq 1,4 milyona çatıb. Ən çox əmlak İstanbulda alınıb - 238 383 ədəd (artım 16,9% olub). Ankara və İzmirdə isə müvafiq olaraq 150 561 obyekt (+10,7%) və 84 184 (+6%) obyekt alınıb.