Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Ərəblər Bakıda əmlak almağa başlayıblar

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şərtlərilə maraqlanırlar. Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib ki, müxtəlif ölkələrindən Azərbaycana turist səfərlərinin artması həmin ölkədən olan investorları paytaxtda hotel almağa da həvəsləndirib: «Bunlar əsasən İraq və Qətərdən olan investorlardır. İranlı yatırımçılar da hotel almağa çalışırlar».

Rieltorlar bildirir ki, hotel almaq istəyənlər əsasən qiyməti bir neçə milyon dollara çatan və 4-5 ulduzlu hotellərə maraq göstərirlər: «Onlar əsasən 5 ulduz otellər axtarırlar. Bu investorların özlərinin turizm şirkətləri var və istəyirlər buraya göndərdikləri turistlər də onların otelllərində yerləşdirsinlər. Belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu, əsas səbəblərdən biridir».

Ərəb iş adamları bu hotelləri alaraq halal hotellərə çevirmək istəyirlər. İndiyədək daxil olan sifarişlərə əsasən hazırda ərəblər Bakıda qiyməti 3-17 milyon dollar arası olan 5  ulduz hotellər almaq niyyətindədirlər. Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi hotellər artıq satışa çıxarılıb.