Ən yeni xəbərlər
244 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Ölkədəki bütün radarları göstərən naviqator -  «AzNAV»

Azərbaycanın ilk mili naviqasiya sistemi  - «AzNAV»dan istifadə sürətlə artır. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, indiyədək sistemin istifadəçilərinin sayı 270 mini ötüb. Bunun 206 min nəfəri «Android», qalanı isə «iOS» əməliyyat sistemini dəstəkləyən cihazlardır. Cəmi bir il əvvəl istifadəyə verilməsinə baxmayaraq istifadəçilərinin sayı sürətlə artması «AzNAV»ın digər naviqatorlara nisbətən böyük üstünlüklərinin olmasının nəticəsidir.

Belə ki, istifadəçilər «AzNav»ı bütün növ cihazlara ödənişsiz yükləyə bilərlər. Özü dç istifadçilər internet paketi götürmədən də sistemi offline rejimdə işlədə bilərlər. Digər mühüm üstünlük «AzNav»ın məlumatlarının dəqiqliyidir. Yeni sistem ƏMDK-nin öz məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında çalışır. Bu məlumatlar isə daim yenilənir.

Milli naviqator sistemi həm ödkə vətəndaşları, həm də ölkəyə gələn xaricilər üçün olduqca faydalıdır. Ölkəmizə səfər edən turistlər və əcnəbi vətəndaşlar gedəcəyi yerin dəqiq ünvanını bilmirsə sadəcə məkanın adını yazmaqla lazımi obyekti tapa bilər. Başqa sözlə, sistemdə ünvansız axtarış prinsipi təmin edilib. Özü də bir dəfə seçilən ünvan, obyekt və marşrutlar avtomatik olaraq proqramın yaddaşında saxlanılır. Bundan başqa, seçilən marşrut üzrə yerləşən muzeylərin, xəstəxanaların, turizm obyektlərinin, mehmanxanaların və digər belə obyektlərin vizual görüntüsü də əks olunur.

Bundan başqa turistlər gedəcəyi otelin, muzeyin, mehmanxananın, iaşə obyektlərinin axtarışını edən zaman həmin müəssisələr haqqında məlumatlar, onların əlaqə nömrələri ekranda görünür. Xəritənin 3 ölçülü (3D) rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir. «AzNav» Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və həmin dillərdə interfeysi var.

«AzNav» taksi, poçt, yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin, təcili tibbi yardımların da işini olduqca sadələşdirir. Sistem paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla ünvanaçatma məsələlərinin operativ və rahat şəkildə həllini təmin edir.

Sistem sürücülərə  yol hərəkət qaydalarına əməl etməyə də kömək edir. Belə ki, naviqator hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini bildirir. «AzNav»ın sürət həyəcan siqnalı vətəndaşlarımızın radara düşməməyinə köməklik edir. Radar və bəzi yol nişanları haqda bildirişlər həm görüntülü əks olunur, həm də səsli olaraq diqqətə çatdırılır. Hərəkət zamanı marşrut üzərində hər hansı hadisə ilə rastlaşdıqda ekranda əks olunan «SOS» funksiyasına daxil olmaqla bu barədə məlumat vermək də mümkündür.

Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POİ (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.