Ən yeni xəbərlər
244 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Maddi imkanları zəif vətəndaşlar  ipoteka kreditini daha rahat alacaqlar

Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasına görə, ipoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq. Hazırda hər iki təşkilat tərəfindən ipoteka kreditləşməsi sahəsində etibarlı məlumat mübadiləsinin təşkili məqsədilə "Elektron ipoteka" sistemi ilə "Güzəştli mənzil" sistemi arasında inteqrasiya imkanları üzrə iş aparılır.