Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

Bakıda ən bahalı və ən ucuz mənzillər

2017-ci ildə Bakı şəhəri və Abşeron rayonunu əhatə edən 13 rayondan 6-da köhnə mənzillərin qiyməti artıb, 2 rayonda qiymətlər dəyişməyib, 5 rayonda qiymətlər aşağı düşüb. «Daşınmaz Əmlak» jurnalı xəbər verir ki, bu barədə «MBA Group» konsaltinq şirkəti açıqlama yayıb. Ötən il paytaxtda ən böyük qiymət artımı Səbaildə baş verib. Bu rayonda qiymətlər il ərzində 13,7% yüksəlib. Sabunçuda qiymət artımı 8,5%, Xəzər rayonunda 5,2% olub. Ötən il ən böyük ucuzlaşma Qaradağ raonunda qeydə alınıb – 15,3%. İl ərzində Yasamalda qiymətlər 4,1%, Binəqədidə 2,1% azalıb. Ümumilikdə Bakı şhəri üzrə köhnə mənzillərin qiyməti il ərzində 3,5% azalıb.

Bakıda ən çox mənzillər Yasamal (19,5%), Nəsimi (17,4%), Xətai (13,3%) və Nərimanov (12%) rayonlarında satılır. Ən az mənzillər Qaradağ və Pirallahıda satılır – bazarın heç 1%-i qədər də deyil.

Ötən ilin nəticələrinə görə, paytaxtda ən bahalı mənzillər Səbail rayonundadır – 1631 dollar/m2. Bahalığa görə sonrakı yerləri Nəsimi (1107 dollar), Nərimanov (1080 dollar) və Yasamal (1039 dollar) rayonları tutur. Bakıda ən aşağı qiymətə mənzillər isə Pirallahı rayonunda satılır – 446 dollar/m2. Qiymətlərin ucuzluğuna görə sonrakı yerləri Xəzər rayonu (506 dollar/m2), Abşeron rayonu (548 dollar/m2) və Qaradağ (564 dollar/m2) rayonları tutur.

2017-ci ilin nəticələrinə görə, Bakıda satışda olan mənzillərin orta sahəsi 102,4 m2, qiyməti 108,5 min dollar təqşkil edib. Paytaxtda orta aylıq kirayə qiyməti ayda 479 dollar, mənzilin aylıq gəlirliyi 0,44% təşkil edib. Bununla da mənzillərin kirayəsi üzrə illik gəlirlilik 5,3%-ə yüksəlib. Mənzilin kapitallaşma müddəti (yəni mənzili kiryə verməklə onun pulunu çıxarmaq üçün tələb olunan müddət) 18,8 il təşkil edib.